Erməni mediası: "Əliyev Qarabağı Putindən pulla alacaq"
Bizi izləyin

Nida.az

Erməni mediası: "Əliyev Qarabağı Putindən pulla alacaq"

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilər.

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilər.

Bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Rusiyanın son bir neçə ildə heç bir KTMT üzvünə Azərbaycan qədər silah satmadığını bildirib:

“Rusiya son bir neçə ildə heç bir KTMT üzvünə Azərbaycan qədər silah satmayıb. Ehtimal var ki, yaxın zamanlarda Azərbaycan bu təşkilatın da üzvü ola bilər. Hazırda Əliyev Ermənistanın Qarabağsız Avrasiya İttifaqına daxil olması üçün çalışır. Bunun üçün lazım olan hər şey ediləcək. Hətta Əliyev Qarabağı almaq üçün Putinə pul da verə bilər. Müəyyən an Qərbin bütün layihələrindən Bakı üz çevirmiş vəziyyət də yarada bilər, təki istəyinə çatsın.

Əsas məqsəd isə çox sadədir. Azərbaycan Ermənistanı Avrasiya İttifaqı həbsxanasında blokadada boğmaq istəyir. Azərbaycan, Türkiyə və Rusiyanın gələn il aprelin 24-nə qədər vaxtı var. Bu zaman Ermənistan əsas geopolotik hadisələrin mərkəzinə çevrilə bilər. O vaxta qədər isə bu üç dövlət Ermənistanı bütün imkanlarından maksimal dərəcədə uzaqlaşdırmağa çalışır”.

Xatırladaq ki, Rusiyadan Azərbaycana T-90S tanklarının idxalının başlaması və Astanada Avrasiya İttifaqının təsisi zamanı İlham Əliyevin müraciətinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən səsləndirilməsindən sonra Ermənistan mediasında Qarabağın işğaldan azad olunacağı, Azərbaycanın mövqelərinin gücləndiyi ilə bağlı ictimai narahatlıqlarını ifadə edən saysız-hesabsız münasibətlər ifadə edilir. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm