Nida.az
İlham Əliyev “Avrasiya – yeni sərhədlər” mövzusunda sessiyada iştirak edib
Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya – yeni sərhədlər” mövzusunda sessiya keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.
Bu sessiyanın əsas məqsədinin regionla bağlı yeni məlumatlar
əldə etməkdən ibarət olduğunu diqqətə çatdıran aparıcı tədbirə
qatılanların əksəriyyətinin ötən ilin aprel ayında Bakıda “Cənubi
Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq”
mövzusunda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdiyini
bildirdi və Cənubi Qafqazı maraq doğuran region adlandırdı. O,
Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı fikirlərini öyrənmək
istədiyini bildirdi.
Sessiyada çıxış edən Prezident İlham Əliyev dedi:
- Azərbaycana gəldikdə, biz regional əməkdaşlığın gücləndirilməsi
üçün böyük işlər görürük. Bildiyiniz kimi, Azərbaycan regionda
enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional
əməkdaşlığa öz töhfəsini verib. İlk olaraq, neft boru kəmərini qeyd
etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində
Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi. Layihə başa
çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından
bəhrələnməyə başladılar.
Burada biz görürük ki, bütün iştirakçı dövlətlər layihədən
faydalanırlar. Onlar yeni bazarlara çıxış və yeni ixrac marşrutları
əldə edirlər. Əslində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin
müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional
əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Biz bu işləri
daha da sürətləndirməyə müvəffəq olmuşuq və hazırda nəqliyyat
infrastrukturu üzərində çalışırıq.
Təbii ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi
əməkdaşlıq da artmaqdadır. Bu ölkələrdə ümumi daxili məhsulun
artımı böyükdür və bu göstərici dünya üzrə orta göstəricilərdən
daha çoxdur, həmçinin artım potensialı da böyükdür. Düşünürəm ki,
22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab
olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək uçun siyasi iradə
mövcuddur. Bu gün bu ölkələr müstəqildir və hər bir dövlət özü üçün
həm siyasi, həm də iqtisadi inkişaf yolu müəyyən edib, iqtisadi
potensialdan qaynarlanan sosial proqramlar həyata keçirir. Ancaq
regional əməkdaşlıq əlavə fürsətlər də yaradır, daha münbit biznes
və sərmayə mühitinin yaradılmasını təşviq edir.
Biz regionumuzda, həmçinin Mərkəzi Asiyada cərəyan edən hadisələri
yaxından izləyirik. Xalqlarımız arasındakı ənənəvi dostluq
əlaqələri regional əməkdaşlıq formatının yaradılmasına xidmət edir.
Azərbaycana gəldikdə biz bu məsələlər üzrə bundan sonra da fəal
işləməyə davam edəcəyik və gələcəkdə yeni əməkdaşlıq sahələrinin
müəyyən olunması üçün bütün zəruri tədbirləri görəcəyik.
Sonra Prezident İlham Əliyev sualı
cavablandırıb
Sualım Azərbaycan Prezidentinədir: - Bu əməkdaşlığın yeni
təşəbbüslərin yaranmasına və artıq həyata keçirilən işlərə töhfə
verdiyini nəzərə alsaq, Azərbaycan üçün hansı prioritetləri müəyyən
etmisiniz?
Prezident İlham Əliyev: Hazırda əsas prioritet nəhəng enerji
layihələrinin icrasıdır. Mən ötən ay icrasına başladığımız
“Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Layihəyə əsasən iki qaz
boru kəməri inşa ediləcəkdir - biri Türkiyə ərazisindən, digəri isə
Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya istiqamətlənəcəkdir. Biri
Trans-Anadolu, digəri isə Trans-Adriatik kəməri adlanır. Bu iki
layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu,
Avropanın ən iri infrastruktur layihəsi olacaqdır.
Bununla da regional əməkdaşlıq baxımından qarşımızda duran ən böyük çağırışlardan biri bu layihənin olduqca qısa zamanda, yəni, 5 il ərzində başa çatdırılmasıdır. Cənubi Qafqazın iki ölkəsi – Gürcüstan və Azərbaycan bu istiqamətdə fəal şəkildə çalışır. Gələcəkdə isə Mərkəzi Asiya dövlətləri inşa olunacaq infrastruktura qoşula bilərlər, çünki bu, enerji təchizatının şaxələndirilməsi üçün əlavə imkan deməkdir.
Daha bir vacib layihə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsidir. Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni “İpək yolu” hesab olunur. İnşaat işləri davam etməkdədir.
Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcəkdir. Yəni, bu, həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu deməkdir. Xüsusilə, əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı vardır.
Beləliklə, nəqliyyat, enerji və ticarətlə bağlı yeni ideyalar bu il
ərzində aparıcı istiqamətlər ola bilər.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR