• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qohumlarım Rusiya və Azərbaycan vətəndaşlığı daşıyır” - Deputat

  • Nida.az
  • 5 İyun 2014 21:24
  • 1 461 Baxış
“Qohumlarım Rusiya və Azərbaycan vətəndaşlığı daşıyır” - Deputat

Milli Məclisin deputatı Rafael Cəbrayılov parlamentin son iclasında “Vətəndaşlıq haqqında” qanuna bir sıra dəyişikliklərin edilməsi məsələsinə münasibət bildirib.

Deputat R.Cəbrayılov Publika.az-a açıqlamasında sözügedən qanunla bağlı maraqlı fikirlərini də açıqlayıb:

“Bəlkə də bir sıra adamlar parlamentin son iclasında qəbul olunan həmin qərarı beynəlxalq konvensiyaların hər hansı müddəaları baxımından düzgün saymayacaq. Ancaq Azərbaycanın milli maraqları baxımından bu qərar tamamilə doğrudur.

Tutaq ki, hər hansı bir şəxs həm Azərbaycanın, həm də Rusiyanın vətəndaşıdır. Yeri gəlmişkən deyim ki, indi mənim də qohumlarım var və onlar da Rusiya və Azərbaycan vətəndaşlığı daşıyır. Yəni, onlar son 20-5 ili Rusiyada olublar. Bu insan faktiki olaraq Rusiyanın da vətəndaşı hesab olunur. Gəlin bu cür düşünək də. Biz hər hansı bir şəxsi Rusiya vətəndaşlığından çıxarıb Azərbaycan vətəndaşı etmək istəyirik.

Digər variant isə o adamın Rusiya vətəndaşlığını saxlanılır, ancaq Azərbaycan vətəndaşlığını itirir, əvəzində isə Azərbaycan diasporuna hər hansı fayda versin. Mən ikinci variantı daha məqbul sayıram. Çünki istənilən bir insan Azərbaycan vətəndaşlığını itirirsə, o milli mənsubiyyətini, azərbaycanlılığını itirmir. Yəni, bu Azərbaycanın milli maraqlarına da xidmət edir.

Burada vaxtilə ikili vətəndaşlıq qəbul etmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunmayacaq. Bu qanun sonrakı insanlara şamil ediləcək”.

Deputat həmçinin qeyd edib ki, Ukrayna hadisələrindən ibrət götürmək lazımdır: “Çox uzağa getməyək, baxın Ukrayna hadisələrinə. Görün Ukraynada ikili vətəndaşlığa görə nələr baş verdi? Yəni, bu baxımdan bu qərar çox uzaqgörən layihə idi. Çox şükürlər olsun ki, biz onu vaxtında qəbul etdik”.

R.Cəbrayılov Avrasiya İqtisadi İttifaqının yaradılması və Rusiyanın əsl niyyəti ilə bağlı da fikirlərini bölüşüb:

“Bunun üçün çox güclü siyasətçi olmaq lazım deyil. Açıq aşkar görünür ki, Rusiya imperiya ambisiyalarını qoruyub saxlamağa və bunu daha da genişləndirməyə çalışır. Bu açıq aşkardır. Burada pərdə arxası heçnə yoxdur. Artıq açıq oyunlar başlayıb. Rusiya SSRİ kimi bir imperiyadır və bir gün dağılacaq. Mən özümdən heçnə kəşf etmirəm. Bu tarixdə də var. Rusiya Roma, Osmanlı, Monqol və SSRİ imperiyalarından güclü imperiya ola bilməyəcək. Sadəcə olaraq Rusiya indi imperiya ambisiyalarını qorumaq üçün cırmaqlaşır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR