Putin Azərbaycana görə İrəvanda hakimiyyəti dəyişir
Bizi izləyin

Nida.az

Putin Azərbaycana görə İrəvanda hakimiyyəti dəyişir

Rusiya Sərkisyanı hakimiyyətdən göndərməyə hazırlaşır.

Rusiya Sərkisyanı hakimiyyətdən göndərməyə hazırlaşır.

Bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat son günlər S.Sərkisyanın həm yüksək dairələr, həm də xalq arasında etibarının kəskin aşağı düşdüyünü bildirib:

“Ruslar artıq Sərkisyanı hakimiyyətdə saxlamaq niyyətində deyil. Səbəb isə çox sadədir. Sərkisyan rusların tələbini ödəmir. Üstəlik isə Sərkisyan xalq arasında bütün etibarını itirib. Xalqa Moskva ilə bütün əlaqələri düzəldəcək şəxs lazımdır. Sərkisyan isə hələlik Əliyevə uduzub. Çünki Putini artıq Əliyev daha çox cəlb edir. Bir növ Rusiyanın Qafqazda ən ağır gedişi məhz Azərbaycan üzərində olacaq. Bakı isə bundan çox gözəl istifadə edəcək. Buna görə də daha iradəli siyasətçi İrəvanda hakimiyyətə gətiriləcək ki, Əliyevlə danışıqlara getsin və Putinin Əliyevə söz verdiklərini yerinə yetirsin”. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm