AŞPA yay sessiyasının gündəliyi açıqlandı
Bizi izləyin

Nida.az

AŞPA yay sessiyasının gündəliyi açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də keçiriləcək yay sessiyasının gündəliyi açıqlanıb.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də keçiriləcək yay sessiyasının gündəliyi açıqlanıb.

İyunun 23-də öz ilk iş gününə başlayacaq sessiyanın yığıncağında AŞPA sədri yaz sessiyasından ötən dövr ərzində rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə hesabat verəcək, gündəlik təsdiq olunacaq, büro və daimi komitənin fəaliyyəti müzakirə ediləcək, Ukraynada prezident, Makedoniyada prezident və parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Azərbaycanın xarici işlər naziri qurumun gördüyü işlərdən danışacaqdır.

İyunun 24-də Avropa Şurası baş katibinin və İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, avropalı deputatlar gizli yolla kütləvi şəkildə İtaliya sahillərinə çıxan miqrantların vəziyyəti, Avropa Parlamentində islahatlar məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Sonrakı günlərdə Qərbi Saxara münaqişəsinə dair qətnamə, mədəniyyətlərarası cəmiyyətlərdə müxtəliflik və eynilik, ən yaxşı Avropa demokratiyasına doğru, Avropa Şurası İnkişaf Bankının hesabatı, Avropa administrasiyasında dəyişikliklər, Avropa Məhkəməsinin müstəqilliyinin möhkəmləndirilməsi və digər məsələlər müzakirə ediləcəkdir.

Sessiya çərçivəsində Birinci Dünya müharibəsinin 100 illiyi ilə bağlı mərasimin də keçirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm