• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xələf Xələfov Dağlıq Qarabağdan danışdı

  • Nida.az
  • 6 İyun 2014 19:43
  • 896 Baxış
Xələf Xələfov Dağlıq Qarabağdan danışdı

Xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının parlamentlərarası dostluq qrupunun sədri Abdulla bin Məhəmməd əl-Nasirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az-ın XİN-ə istinadla verdiyi məlumata görə, nümayəndə heyətini salamlayan Xələf Xələfov ölkələrimiz arasındakı əlaqələrin dərin tarixi köklərə əsaslandığını və hazırki münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu dilə gətirib.

İki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin SƏK tərəfindən daim dəstəkləndiyini qeyd edən X.Xələfov, nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirib. Nazir müavini səfərin SƏK-Azərbaycan münasibətlərinin möhkəmləndməsinə töhfə verəcəyinə inandığını bildirib.

Xələf Xələfov görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin problemləri, münaqişənin həlli prosesində Ermənistanın pozucu mövqeyindən danışıb. SƏK-in hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qonağın nəzərinə çatdırıb.

SƏK Nümayəndə heyətinin başçısı A. əl-Nasir öz təşəkkürünü bildirərək, ölkələrimiz arasında əməkdaşlıqların bütün sahələrdə yüksək səviyyədə olduğu fikrinə qoşulduğunu qeyd edib. SƏK-in dünya ölkələrini hər zaman sülhə çağırdığını və öz din qardaşlarını bütün məsələlərdə dəstəklədiyini bildirib. A. əl-NasirSƏK-in Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və ona Ermənistan tərəfindən edilmiş təcavüzləri qınayan ilk ölkələrdən biri olduğunu dilə gətirib. Qonaq ölkəsinin Azərbaycanın bu münaqişədə haqlı mövqeyini daima dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini vurğulayıb.

İqtisadi, mədəni, humatiar, turizm, təhsil və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edən qonaq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə həmrəy olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR