Ruspərəstləri müxalifətə Milli Şura gətirib?
Bizi izləyin

Nida.az

Ruspərəstləri müxalifətə Milli Şura gətirib?

Ruspərəstləri müxalifətə Milli Şura gətirib?

Bu gün 2013-cü ilin 7 iyununda təsis edilən Milli Şuranın bir yaşı tamam olur. Əvvəlcə Rüstəm İbrahimbəyovu vahid namizəd kimi təqdim edən qurum ikili vətəndaş problemi ilə üzləşdi və vahid namizəd Cəmil Həsənli oldu.

Müxalifətin ümumi birliyi kimi təqdim edilən qurum seçkidəki uğursuzluqdan sonra parçalanma həddinə qədər gəlib çıxdı və 138 nəfərlik üzvlə fəaliyyətə başlayan Milli Şura hazırda cəmi 85 üzvlə yoluna davam etmək istəyir.

Publika.az siyasilərdən Milli Şuranın birillik fəaliyyətinə, bundan sonrakı perspektivinə münasibət öyrənib.

Sıfır nəticə

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, bu qurum ölü bir təşkilatdır. Onun sözlərinə görə, bu günə qədər ciddi bir iş görə bilməmələri də bunu sübut edir: “Əvvəldən bilinməyən, qaranlıq məqsədlərə xidmət etdiyi ortada idi, lakin heç nə alınmadı və bugünkü acınacaqlı vəziyyətə düşdülər”.
YAP rəsmisi Milli Şuranın birillik fəaliyyətini sıfra bərabər hesab edir.

Rusiyapərəstlər müxalifətə yol tapdı

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Milli Şuranı müxalifət üçün böyük zərbə olduğunu düşünür. Onun fikrincə, bu qurum müxalifətə intriqanı yenidən geri qaytardı: “Həmçinin heç də arzuolunmayan Rusiyapərəstliyin də müxalifət daxilinə yol tapmasına səbəb oldu. Onların fəaliyyətini nəticəsiz hesab edirəm. Bu, göz qabağındadır”.

“İnkişaf edirik”

Milli Şura sədri Cəmil Həsənli qurumun fəaliyyəti ilə bağlı geniş danışmaq istəmədiyini deyib. Bildirib ki, kimin nə deməsindən asılı olmayaraq, hər şey göz qabağındadır. O, qurumun inkişaf etdiyini də vurğulayıb.

Ölü doğuluş

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın ölü doğulub, ölü olaraq da qaldığını bildirib: “90-cı illərin eyni fikirli adamları ilə qabağa getmək istədilər. Özlərinə vaxtilə AXCP-ni mandata görə tərk edən, mandat alıb iqtidarı tərifləyən, özünə saxta təqaüd düzəldən lider tapdılar. Ondan əvvəl də siyasətdən başı çıxmayan məşhur dramaturqu birinci lider elan etdilər. Bu, onların ən böyük səhvi idi. Məhz buna görə də binanın bünövrəsini əvvəlcədən əyri qoydular və əyri bina dağıldı”.

Ehtiyatlı yanaşma

Müsavat başqanının müavini Gülağa Aslanlı Milli Şuranın bu dönəm ərzində müəyyən uğurlar qazandığını düşünür. Onun sözlərinə görə, bu uğurlar daha çox seçki ərəfəsində olub: “Lakin sonrakı fəaliyyəti bir qədər fərqli oldu”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm