• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sabir Rüstəmxanlı sədrlikdən getməkdə israrlıdır

  • Nida.az
  • 7 İyun 2014 12:31
  • 1 864 Baxış
Sabir Rüstəmxanlı sədrlikdən getməkdə israrlıdır

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya sədrliyindən getməkdə israrlıdır.

S. Rüstəmxanlı bu barədə Publika.az-a açıqlamasında deyib. O, bu addımını yorğunluqla əlaqələndirib.

“Lakin bunun üçün namizəd lazımdır. Hansı ki, bu namizədi partiyada hər kəs qəbul etməlidir. VHP-də kifayət qədər siyasi təcrübəsi, potensialı olan insanlar var və hesab edirəm ki, hər biri partiya sədri olmağa layiqlidir. Amma elə bir namizəd olmalıdır ki, partiyada iddialı olanların hər biri onu qəbul etsin”,– deyə o bildirib.

S. Rüstəmxanlı özünün namizədlərlə bağlı müəyyən şərtlərinin də olduğunu bildirib. O, sədrlikdən getsə də, VHP-dən getməyəcəyini deyib. Qeyd edib ki, 2015-ci il parlament seçkilərində də partiyanın namizədlər siyahısında ola bilər. S. Rüstəmxanlı əsas fəaliyyətini DAK-a yönəltmək istədiyini açıqlayıb.

Qeyd edək ki, VHP Ali Məclisinin sədri Rafiq Manaflı Publika.az-a açıqlamasında (http://publika.az/p/20779) S. Rüstəmxanlı ilə razılaşmadıqlarının bildirmişdi.

“Yorğunluğa qalsa, hamımız yorulmuşuq. Hesab edirəm ki, VHP-də əsas birliyi Sabir bəy saxlaya bilər. Buna görə də onun getməməsi üçün çalışacağıq”,– deyə o bildirmişdi.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR