Nida.az
Qənirə Paşayeva Malaziyanın rəsmiləri ilə görüşdü
Millət vəkili Qənirə Paşayeva Malaziyanın rəsmi nümayəndə heyəti ilə görüşüb.
Publika.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva
Parisdə keçirilən Ümumdünya Qadın Sammiti çərçivəsində Malaziyanın
Birinci Xanımı Datin Rozmah binti Mansor, Qadın, Ailə və Cəmiyyətin
İnkişafı naziri Dato Rohani Abdul Karim, Beynəlxalq Ticarət və
Sənaye nazirliyinin baş katibi Datuk Dr. Rebekka Fatima Sta.
Marianın rəhbərlik etdiyi Malayziya nümayəndə heyəti ilə
görüşüb.
Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün
istiqamətlərdə Malaziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini
deyib.
Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin və dostluğun
inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili
parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu
istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət
yaratdığını deyib.
Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanla
bağlı, xüsusilə də Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar
verib. Sammit çərçivəsində keçirilən görüş zamanı Malayziya
nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə
azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz
yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların
fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən
pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı
qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə
dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.
O, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün
qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar
Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı
öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün
qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini
artırmalıdırlar.
Millət vəkili Qənirə Paşayeva Malayziya heyətinə Azərbaycan
həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin
əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ
münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında
törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan
torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini
abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən
"Azərbaycan Həqiqətləri" filmləri kataloqunu və materialları təqdim
edib. Millət vəkili nümayəndə heyətinə həmçinin Azərbaycan
mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Millət
vəkili Qənirə Paşayeva Malayziya nümayəndə heyəti üzvlərini hər
zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və
onları Azərbaycana dəvət edib.
Malayziya heyəti böyük məmnuniyyətlə Azərbaycanı görmək
istədklərini bildirib.
Malaziyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına
böyük önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə
arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə
inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş
adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin
və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın
inkişafı üçün böyük prespektivlər olduğu xüsisi vurğulanıb.
-
Nida Xəbər 19:50
Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayacaq - IRNA
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR