Nida.az
Morninqstar danışdı: “Sözümün arxasında dururam”
Amerika Birləşmiş Ştatlarının (ABŞ)
fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar bu gün ANS
TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olub. Verlişin tam
mətnini diqqətinizə çatdırırıq.
Söhbətin bu yerində
Azərbaycanın çox güclü strateji müttəfiqi olan Amerika Birləşmiş
Ştatlarının (ABŞ) fövqəladə və səlahiyyətli səfiri Riçard
Morninqstar mövzusuna keçmək istəyirəm. Bəlkə də təqdimatım bir
qədər qəribə alındı. Riçard Morninqstar mövzusu… Və siz
yanılmadınız, doğrudan da Azərbaycanda son zamanlar bir Morninqstar
mövzusu var. Və Azərbaycan - Amerika münasibətlərinin
formalaşmasında müstəsna rolu olan səfirliyin birincisinin bu gün
ANS-in studiyasında olması bir sıra suallara ondan cavab almaq
imkanlarımızı artırır və biz bu imkandan məmuniyyətlə istifadə
edirik. Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfirini hətta bu
günlərdə Azərbaycanın daxili işlərinə qarışmaqda
günahlandırmışdılar. Elə mən bundan da başlamaq
istəyirəm.
- Cənab səfir, siz Azərbaycanın daxili işlərinə
niyə qarışırsınız?
- Güman edirəm ki, siz mənim sonuncu müsahibəmə istinad edirsiniz, o, çox diqqət cəlb etmişdi. Mən düşünmürəm ki, Azərbaycanın daxili işlərinə qarışmışam. Azərbaycan suveren və müstəqil bir dövlətdir. Azərbaycan müstəqil şəkildə öz qərarlarını qəbul edir və və biz ötən 23 il ərzində Azərbaycanın müstəqilliyini güclü şəkildə dəstəkləmişik. Kənardan heç bir qüvvə, heç bir oyunçu, o cümlədən biz, Azərbaycana nə etməli olduğunu deyə bilmərik. Bunu etmək ixtiyarı yalnız Azərbaycan hökumətində və Azərbaycan xalqındadır. Mənim niyyətim bu idi ki, hal-hazırda Azərbaycanın üzləşdiyi bir sıra məsələlərə öz fikirlərimi, baxışımı bildirim. Mən hesab edirəm ki, mən öz fikirlərimi ABŞ-ın balanslı siyasətinə uyğun şəkildə və ümumilikdə balanslı şəkildə bildirimişəm. Bəziləri mənim dediklərimlə razılaşdı, bəziləri razılaşmadı. Amma mən hər bir kəsin öz fikirlərini ifadə etmək hüququna hörmətlə yanaşıram. Və müsahibədən sonra həm Azərbaycan hökuməti daxilində, həm də vətəndaş cəmiyyətində doğru-düzgün müzakirələr hələ də davam etməkdədirsə, hesab edirəm ki, bu onu göstərir ki, bu müsahibəni verməyə dəyərdi. Mən Azərbaycanın uzunmüddətli dostuyam, bunu hər kəs bilir. Mən 19 ildir ki, Azərbaycana zaman-zaman fasilələrlə səfər etmişəm. Və bu ötən müddət ərzində mən Azərbaycanda bir sıra sahələr üzrə çox böyük irəliləyişin şahidi olmuşam. Mən tam əminəm ki, növbəti 20 ildə də bu irəliləyiş, tərəqqi davam edəcək. Hesab edirəm ki, mənim müsahibəmə bü cür reaksiyanın verilməsinin, göstərilməsinin əsas səbəbi bir çox mətbu orqanlar tərəfindən zəif, qeyri-münasib, yanlış tərcümədir.
Əlbəttə, burada söhbət ANS-dən getmir. Mən bu müsahibə ilə
maraqlanan hər kəsi bizim səfirliyin veb-saytında yerləşdirilmiş
müsahibənin tam stenoqramı ilə tanış olmağa çağırıram. Mən
müsahibədəki məqamlara aydınlıq gətirmək üçün bir şeyi əlavə etmək
istəyirəm. Mənim müsahibəmin yanlış yozumlarından birində belə
deyilir ki, guya mən demişəm ki, Azərbaycanda insan hüquqları ilə
bağlı vəziyyət yaxşılaşmazsa, müsbətə doğru dəyişməzsə, Maydan
hadisələri Azərbaycanda da təkrar olunacaq. Mən bunu deməmişəm.
Mənim müsahibədə dediyim sözlər bundan ibarətdir: “Əgər vətəndaş
cəmiyyətinə qarşı çox sərt mövqe tuturlarsa, vətəndaş cəmiyyətinə
nəfəs almağa imkan yaradılmazsa, onda, ola bilsin ki, bunun
xoşagəlməz nəticələri ola bilsin”. Bir daha müsahibəmdəki sitata
qayıtmaq istəyirəm: “Əgər bu, bu gün baş verməzsə, əgər vətəndaş
cəmiyyəti həddindən artıq sıxılarsa, azadlıqdan məhrum edilərsə, 5
il, 10 il və ya 20 il sonra bu dediyim xoşagəlməz nəticənin baş
vermə riski var”. Mən keçmişdə də dəfələrlə, bu kimi, buna oxşar
fikirlər ifadə etmişəm. Hətta Maydan hadisələri baş verməsə belə,
mən eyni fikirləri səsləndirərdim. Başqa sözlə desək, Azərbaycanın
gələcək inkişafını və sabitliyini təşviq etmək üçün vətəndaş
cəmiyyətinin çiçəklənməsinə və inkişaf etməsinə şərait yaratmaq
lazımdır. Yenə də kimlərsə də, bax, bu fikirlə də razılaşmaya
bilər. Və hər kəsin öz fikrini ifadə etməyə haqqı-hüququ var. Amma
mən həmən müsahibədə dediyim sözlərin, fikirlərin arxasında
dururam.
- Yəni təhrif olunmamış versiyasının
üzərində?
- Bəli, mən həqiqətən nə sözləri demişəmsə, o sözlərin
arxasında dururam və məhz buna görə də, hamını, maraqlanan kəsləri
həmin müsahibənin stenoqramı ilə tam şəkildə tanış olmağa
çağırıram. Bununla tanış olan hər kəs görə bilər ki, doğrudan da
çox balanslı fikirlərdir.
- Cənab səfir, balans demişkən, bu müsahibədən sonra
elə ABŞ-ın apardığı siyasətin özündə balansın olmadığı barədə
fikirlər səslənməyə başladı. Məsələn, belə məlumatlar yayıldı ki,
niyə Birləşmiş Ştatlar Krıma daha çox diqqət yetirir, nəinki
Qarabağa? Niyə Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya tətbiq
etməyin tərəfindədir və bunu ən ciddi şəkildə tələb edir, amma eyni
hadisənin müəllifi olan Ermənistana Qarabağla bağlı bu sanksiyalar
tətbiq olunmur? Ümumiyyətlə, Azərbaycanda balans mövzusuna çox
həssas yanaşırlar. Necə olur ki, Liviya ilə qətnamənin icrasına bir
neçə dəqiqə kifayət edir, amma BMT-nin Dağlıq Qarabağ və
Azərbaycanla bağlı qətnamələri var ki, 22 ildir kağız üzərində
qalıb və heç bir nəticə yoxdur. Yaxud Yuqoslaviyada Birləşmiş
Ştatlar sülhməramlı əməliyyat üçün heç BMT-nin mandatını belə
gözləmədi, bu addımı atdı. Azərbaycanla bağlı məsələlərdə isə bu,
faktiki olaraq, kağız üzərində qalır. Ümumiyyətlə, Birləşmiş
Ştatlar sözdən işə heç cür keçə bilmir ki, bilmir. Bütün bu
ittihamlara, Sizə, yəni Birləşmiş Ştatlara edilən iradlara
münasibətiniz necədir?
- Sizin möqeyinizi başa düşürəm. Bəli, dedikləriniz fikirləri
başa düşürəm, anlayıram. Hələ də həllini gözləyən bu münaqişə ilə
bağlı Azərbaycan xalqının məyusluğunu anlayıram. Mən nəinki səfir
olandan, hətta 1990-cı illərdən Azərbaycana səfər etməyə
başlayandan bəri məcburi köçkün ailələri ilə görüşmüşəm. Bu
insanların öz doğma evlərindən bu qədər uzun müddət ayrı
qalmalarının nə qədər ağrılı hiss olduğunu anlayıram. Biz hələ də
belə hesab edirik ki, bu münaqişənin nizamlanmasının ən yaxşı yolu
Minsk qrupu prosesi vasitəsi ilədir. Hesab edirəm ki, biz ötən
aylarda bu proseslə bağlı kifayət qədər fəal olmuşuq. Biz birbaşa
və açıq şəkildə bəyan etmişik ki, işğal edilmiş 7 rayon Azərbaycana
qaytarılmalıdır və münaqişənin həlli yalnız bu şərtlə mümkündür. Bu
7 rayondan əlavə, Dağlıq Qarabağın özünə gəldikdə isə, bizim
mövqeyimiz və fikirlərimiz bundan ibarətdir ki, Dağlıq Qarabağın
yekun statusu ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə
prinsipi əsasında danışıqlar vasitəsi ilə müəyyən olunmalıdır. Biz
danışıqlar yolu ilə məsələnin həll edilməsi üçün hər iki tərəflə
danışıqlar aparırıq. Biz ümid edirik ki, prezidentlər keçən payız
verdikləri vədə əməl edərək yenidən görüşəcəklər və hər iki
prezident konkret həllə nail olmaq üçün konkret addımlar atacaqlar.
Biz hər iki ölkənin xalqlarını sülhün gətirəcəyi faydalar barədə
düşünməyə çağırırıq. Bunu hal-hazırda təmas xəttində baş verən
faciəvi hallarla, eyni zamanda hazırkı durğunluq və çıxılmaz dalan
vəziyyəti ilə müqayisə etməyə və sülhün üstünlüklərini görməyə
çağırırıq.
- Cənab Morninqstar, mən də elə bunu nəzərdə tuturam.
Söhbət bundan gedir ki, ABŞ Krım məsələsində Ukraynanın mövqeyini
israrla dəstəkləyir. Hətta bu yaxınlarda cənab Obama yeni seçilmiş
Ukrayna prezidenti Poroşenko ilə görüşdü. Amma onların
ritorikasında heç deyilmədi ki, Putinlə Poroşenko məsələni
aydınlaşdırsınlar, biz sonra onların gəldiyi qənaəti müdafiə
edəcəyik. Və cəmiyyət Dağlıq Qarabağda seperatçıların tərəfindən
çıxış etmək meyllərini də hiss edir. Necə olur ki, seperatçı Dağlıq
Qarabağ Respulikasına Birləşmiş Ştatlar milyonlarla vəsait ayırır?
Seperatçı respublikanın rəhbəri Birləşmiş Ştatlara səfərə çıxır,
telemarafon keçirir, pullar yığır? Belə bir analogiya aparaq -
hesab edin ki, Ben Laden öz maraqlarını müdafiə etmək üçün gəlib
Amerikada telemarafon keçirir. Yaxud keçmiş Yuqoslaviya rəhbəri
ABŞ-a gəlir? Məhz bunun səbəbləri bizi, daha doğrusu məni bir
jurnalist olaraq narahat edir. Sizə elə gəlmir ki, ABŞ-ı, Qərbi
ikili standartlarla günahlandıran insanlarında da tutarlı
arqumentləri var?
- Bir daha sualınızın arxasında duran hissləri anlayıram,
amma sual içərisində apardığınız müqayisələrlə, analogiyalarla
razılaşmıram. İlk öncə ondan başlamaq istəyirəm ki, qondarma Dağlıq
Qarabağ Respublikasını tanımaq Birləşmiş Ştatların siyasətinə daxil
deyil. Bir daha qeyd elmək istəyirəm ki, Dağlıq Qarabağın yekun
statusu danışıqlar vasitəsi ilə müəyyən ediləcək. Biz Dağlıq
Qarabağ ərazisində yaşayan insanlara müəyyən humanitar yardım
göstərmişik. Bu, mənim keçmiş Sovet İttifaqı ölkələrinə bizim
ölkənin göstərdiyi yardım üzrə məsul şəxs olduğum vaxta, yəni
1990-cı illərin ortalarına təsadüf edir. Mən sizi əmin edirəm ki,
bizim Azərbaycanda olan məcburi köçkünlərə göstərdiyimiz yardımın
miqyası və məbləği dediyimiz halla müqayisdə dəfələrlə çoxdur.
Bizim Dağlıq Qarabağada yaşayan insanlara göstərdiyimiz son yardım
əsasən ərazinin minalardan təmizlənməsi və içməli su layihələri ilə
bağlı olub. Bu ayrılan vəsaitin heç bir qismi oradakı de-fakto
hakimiyyətə təqdim edilmir, yalnız birbaşa layihələrin icrasına,
həyata keçirilməsinə həsr edilir. Birləşmiş Ştatlara səfər
məsələsinə gəldikdə isə, qeyd etmək istəirəm ki, de-fakto rəsminin
Birləşmiş Ştatlara səfər etməsi Birləşmiş Ştatların siyasətindən
heç bir dəyişiklik və ABŞ-ın həmin qurumu tanıması demək deyil.
Eyni zamanda, bu səyahət bizim ölkənin bu nizamnamənin bu
münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı istəklərimizin heç
bir şəkildə azalması mənasına da gəlmir. Bizim viza tələbatlarımız
bütün xarici, əcnəbi vətəndaşları üçün eynidir. Amma bir daha
vurğulamaq istəyirəm ki, bu, heç bir halda bizim ölkənin həmin
quruma qarşı siyasətində hər hansı bir dəyişiklik mənasını vermir
və bizim ölkənin həmin qurumu tanıması demək deyil.
- Aydındır, başa düşdüm. Amma elə vizaların verilməsi
ilə bağlı Siz deyirsiniz ki, bütün müraciət edən əcnəbi vətəndaşlar
üçün standart eynidir. Amma Krım məsələsində Rusiyanın bir sıra
məsul şəxslərinin adları arzuolunmaz adamlar siyahısına salındı və
onların ABŞ-a daxil olması, demək olar ki, qeyri-mümkün edildi.
Amma Dağlıq Qarabağ və Ermənistan insanlarına qarşı belə bir
yanaşma görmədik. Sizin dediyiniz fikri dəqiqləşdirmək üçün bu
sualı verirəm?
- Mən Sizin məni öz sualarınızla, əlavə fikirlərinizlə məni
müqayisəyə çəkmək cəhdinizi təqdir edirəm, məhz cəhdinizi (gülür -
red.), amma yenə öz cavablarımda qalırım.
- Onda təkrar eləməsin, anladıq. Nəhayət, keçirik
sizin Azərbaycanda olduğunuz müddətin qiymətləndirilməsi barədə
təəssüratlarımıza. Müddət başa çatır, Siz Azərbaycanda daha bir ay
yarım - iki ay qalacaqsınız və ölkəmizi tərk edəcəksiniz. Bu müddət
ərzində fəaliyyətinizdən və gördüyünüz işlərdən razı qaldınızmı və
nə qədər razı qaldınız?
- Mən burda olduğum müddətdə öz fəaliyyətimindən çox razıyam.
Bilirəm ki, kifayətr qədər işlər görə bilmişik. Bu müddət ərzində
biz təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirmişik. Biz
dəfələrlə, dönə-dönə, hər fürsətdə demişik ki, Azərbaycanın öz
ərazisindən Əfqanıstana və oradan geri yüklərin daşınmasında
göstərdiyi və töhfəyə görə, Azərbaycan əskərlərinin Əfqanıstanda
beynəlxalq təhlükəsizlik qüvvələri ilə çiyin-çiyinə fəaliyyətinə
görə, bundan əlavə beynəlxalq qüvvələrin oradan çıxmasından sonra
da Azərbaycanın Əfqanıstana yardım göstərilməsi üzrə üzərinə
götürdüyü öhdəliklərə görə öz təşəkkür və minnətdarlığımızı
bildiririk. Biz təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində çox
sıx əməkdaşlıq etməkdə davam edirik. Dağlıq Qarabağ məsələsinə
gəldikdə mən yenə əvvəlki kimi öz fikrimdə qalıram ki, Dağlıq
Qarabağ məsələsini sülh yolu ildə nizamlanmasında son dövrlərə
bizim fəaliyyətimiz artıb. Biz iqtisadiyyat sahələrində,
iqtisadiyyatın enerji sahəsində çox sıx əməkdaşlıq eləmişik.
İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı digər sahələrədə də böyük
irəliləyiş əldə etmişik. Keçən ilin dekabr ayında «Şahdəniz - 2»
layihəsi ilə bağlı yeni investisiya qərarının qəbul edilməsi üzrə
biz çox sıx əməkdaşlıq etmişik, birgə işləmişik. Bundan əlavə
olaraq 10-12 sahənin adını çəkə bilərəm ki, orada sıx əməkdaşılıq
etmişik. Demokratiya və insan haqları ilə bağlı məsələlərdə də
irəliləyiş əldə edilib. İnsan alveri ilə bağlı sahədə də müəyyən
qədər irəliləyişlərə nail olmuşuq. Fikir ayrılıqlarına baxmayaraq
bütün bu məsələlər barədə ölkələrimiz arasında çox sağlam və vacib
müzakirələr aparılır. Mən çox güclü şəkildə inanıram ki,
tərəfdaşlar arasında fikir ayrılığına rəğmən açıq müzakirələr və
fikir mübadiləsi olmalıdır. Demokratiya və insan haqları sahəsində
fundamental məsələlərə məhz bu prizmadan yanaşıram. Mən yalnız
gələcəyə doğru baxdıqda Azərbaycanın gələcək inkişafını və
tərəqqisini görürəm. Mənim burada ümumi fəaliyyətimlə bağlı,
səyahət etdiyim müxtəlif bölgələrlə bağlı, orada insanların mənə və
həyat yoldaşıma qarşı çox istiqanlı və insanpərvər münasibəti ilə
əlaqədar olaraq təəssüratlarım və hisslərim var. Bildiyiniz kimi,
mən həmişə nə hiss edirəmsə onu da deyirəm.
- Bəs “Transxəzər” layihəsi ilə bağlı hansısa bir
irəliləyişə nail olundumu? Türkmənistanın mövqeyini yaxınlaşdırmaq
istiqamətində, Siz, bu barədə bizə pozitiv nəsə bir şey deyə
bilərsinizmi? Mənə elə gəlir ki, Qərb bu layihədə daha aktiv olmalı
idi.
- Onu qeyd etmək istəyirəm ki, biz hələ də “Transxəzər”
layihəsini güclü şəkildə dəstəkləyirik. Burada müəyyən həvəs
doğuracaq amillər var. Son dövrlərdə Türkmənistanla Azərbaycan
arasında təmasların artması, həmin prosesə Türkiyənin cəlb olunması
məni ruhlandırır. Hesab edirəm ki, “Transxəzər” kəməri ilə bağlı
məsələlər Azərbaycan, Türkmənistan və xüsusilə qazın alıcısı olacaq
Avropa Birliyi arasında danışıqlar vasitəsi ilə həll edilməlidir.
Aydındır ki, Türkiyə və Gürcüstan kimi ölkələrdə prosesə cəlb
olunmalıdır. Nə baş verəcəyini yaşayıb görəcəyik. Hesab edirəm ki,
“Şahdəniz 2” ilə bağlı ilkin investisiya qərarının verilməsi və
cənub qaz dəhlizinin gerçəkləşdirilməsi, digər əlaqədar tərəfləri,
o cümlədən Türkmənistanı prosesdə iştiraka həvəsləndirəcək. Amma
bunun üçün yenə də xeyli iş görülməli olacaq.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ