Zəfər Quliyev AXCP və Müsavatı tənqid etdi
Bizi izləyin

Nida.az

Zəfər Quliyev AXCP və Müsavatı tənqid etdi

oratorium anlayışı hər-hansı təsirlərə- misal üçün, ölüm cəzası və ya nüvə sınaqlarına moratorium qoyulması və s.- müvəqqəti möhlət verməklə özünü saxlamaqdır. Bu imtina deyil, müvəqqəti özünü saxlamadır.

“El” hərəkatının sədr müavini, Milli Şuradan istefa vermiş, politoloq Zəfər Quliyev AXCP və Müsavatın moratorium qərarlarını tənqid edib. Publika.Az xəbər verir ki, Z. Quliyev “Facebook” səhifəsində bildirib ki, moratoriumun arxasında qəribə oyun görünür: “Əvvəlcə Müsavat Partiyası birtərəfli qaydada moratorium qəbul edir və bildirir ki, iftiralara və opponentlərinin təhqirlərinə cavab verməyəcək. Sonra AXCP belə hərəkətlərlə bağlı moratorium qərarını qəbul edir. Moratorium anlayışı hər-hansı təsirlərə- misal üçün, ölüm cəzası və ya nüvə sınaqlarına moratorium qoyulması və s.- müvəqqəti möhlət verməklə özünü saxlamaqdır. Bu imtina deyil, müvəqqəti özünü saxlamadır. Nə alınır? Partiyalar yalnız bir müddət qarşılıqlı təhqir siyasətindən əl çəkir və bir-birinə qarşı axıtdığı palçıqdan imtina edir, amma moratoriumun ləğvi ilə bu yenidən davam edəcək?!”.

Z. Quliyev qeyd edib ki, faktiki olaraq təhqir təcrübəsindən prinsipial imtina əvəzinə, moratorium fikirləşdirlər.
Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra onlara qarşı xüsusilə AXCP tərəfindən ittihamlar səsələndirilməyə başlandı. Lakin Müsavat moratorium qərarı ilə cavab haqqından imtina etdi. Ardınca AXCP də bu yolu tutdu. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, artıq bir mərhələ başa çatdı, iqtidarın Müsavat Partiyasını Milli Şuradan ayırmaqla MŞ-nı iflasa uğratmaq cəhdi alınmadı: “Bu prosesi Rüstəm İbrahimbəyov, Cəmil Həsənli başda olmaqla, ölkənin tanınmış ziyalıları, MŞ üzvləri və AXCP qınadı. Demək olar ki, demokratik düşərgə bu məsələdə siyasi yetkinlik və təqdir olunası birlik nümayiş etdirdi. Artıq bu məsələyə diqqət ayırmağa gərək yoxdur, cəmiyyət hər şeyi bildi”.
Lakin hazırda hər iki tərəf mütəmadi olaraq “moratorium qərarına yenidən baxarıq” deyə bir-birinə xəbərdarlıqlar da edir.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm