Azərbaycan yenidən separatçıların hədəfində
Bizi izləyin

Nida.az

Azərbaycan yenidən separatçıların hədəfində

Azərbaycan yenidən separatçıların hədəfində

Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədovun Rusiya ilə bağlı fikirləri Moskvada fəaliyyət göstərən separatçı Talış diasporunun rəhbəri Fəxrəddin Abbaszadə tərəfindən etirazla qarşılanıb.

Bu barədə Publika.az-a A. Məmmədovun özü məlumat verib.

Politoloq Rusiyanın novosti.az saytına açıqlamasında Qarabağ probleminin həllinin dalana dirənməsi ilə bağlı bildirib ki, Azərbaycan Avrasiya İttifaqına, ümumiyyətlə, hər hansı struktura nəyinsə ümidi ilə deyil, problemin həll edilməsi müqabilində daxil ola bilərik: “Buna nə bizim dövlətimizin imici, nə də mənsub olduğumuz türk coğrafiyası imkan verir. Biz bu cür geopolitik seçim məsələsində hisslərə deyil, praqmatizmə söykənməliyik. Bu baxımdan hesab edirəm ki, Azərbaycan rəhbərliyi də yalnız praqmatizmə əsaslanaraq qərar verə bilər”.
Daha sonra o qeyd edib ki, dünənə qədər dünya mətbuatında postsovet ölkələri kimi adları hallanan Orta Asiya respublikaları və Azərbaycan artıq türk dövlətləri kimi tanınmağa başlayıb: “Xüsusən son günlər Türkiyədə keçirilən sammitdə aydın oldu ki, yeni türk dünyası geopolitik mərkəzi formalaşır. Bu, son Ukrayna hadisələri zamanı daha da aktuallıq qazanmağa başlayıb. Ümid edirəm ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni prezidenti olduqdan sonra Özbəkistan da bu birliyə aktiv qoşulacaq. Çünki bu liderlər çox gözəl anlayırlar ki, dəyişən dünyamızda belə bir yaxınlaşma olmasa, onların dövlət müstəqillikləri təhlükə altına girə bilər. Gəlin, indi məsələyə Rusiya tərəfdən baxaq. Rusiya, demək olar ki, artıq ABŞ və qərb dünyası ilə körpülərini təhlükə altına atıb və özünü qorumaq üçün Çinə yaxınlaşır və Pekinlə 400 milyard dəyərində qaz anlaşması bağlayır, amma Kreml gözəl anlayır ki, Pekinlə bu yaxınlaşma çox təhlükəlidir. Uzun illər, hətta çar Rusiyası və SSRİ zamanı Çinin Rusiya ərazilərinə torpaq iddiaları vardı və bu əhvali-ruhiyyə indi də davam edir. Təsəvvür edirsinizmi, Rusiya özünü qorumaq üçün öz potensial düşməninin inkişafını təmin edir. Bu təhlükəni Kremldə oturanlar gözəl anlayır. Ona görə də bu yaxınlaşma taktiki xarakter daşıyır. Məhz bu vəziyyət Rusiyanı günü- gündən geopolitik güç alan türk dünyası ilə əməkdaşlığa vadar edir. Rusiya öz gücünü və yayıldığı coğrafiyanı qorumaq üçün türk dünyasına yaxınlaşır, çünki rus insanına tarixən həm də mənəvi baxımdan ən yaxın olan türk insanıdır. Bax bu konteksdə biz problemimizin həllinə yaxınlaşsaq, yeni formalaşa biləcək geopolitik konstruksiya çərçivəsində bizim Qarabağ dərdimiz tez bir zamanda öz həllini tapa bilər. Mən bu geopolitik layihəni yeni slavyan-türk birliyi adlandırıram”.

O, ermənilərin Qarabağı itirməsi qorxusunu belə şərh edib: “İrəvanda oturanlar yaxşı bilir ki, bu torpaqlar onlara məxsus deyil və nə vaxtsa bu torpaqlar onların əsl sahiblərinə geri dönəcək. Onlar onu da yaxşı başa düşürlər ki, bu istiqamətdə Azərbaycan ordusu hər an öz ali baş komandanından hücum əmrini gözləyir”.


Politoloqun bu açıqlamasına Moskvada fəaliyyət göstərən “Talış Mədəniyyətinin Dirçəlişi” Beynəlxalq Fondunun rəhbəri Fəxrəddin Abbaszadə sərt reaksiya verib. O, iddia edib ki, Azərbaycanda vəziyyət ölümlə qalım arasındadır: “Sanki bütün güc insanların fəaliyyət potensialının sıfıra endirilməsinə köklənib. Öz xalqına eyni şeyi aşılamaqsa, sonradan əks effekt yaradır”.
Daha sonra o, vəziyyətdən üç çıxış yolunun olduğunu bildirib.
“Birincisi, bu fikirlərlə razılaşmaq və çatışmazlıqları qəbul etmək, ikincisi, insanların ittihamlarını qəbul etmək. Birinci yol səhvlərin buraxılmasını istisna edir. İkinci yol isə uğurlu kampaniya qurmağa yardımçı ola bilər. Amma Azərbaycan üçüncü yolu seçib. Bu yol heç nəyə aparmayan yoldur. Rusiyanınsa burda müşahidəçi, yaxud hansısa digər funksiyanı yerinə yetirdiyi bəlli deyil”,– deyə F. Abbaszadə bildirib.
F. Abbaszadə iddia edib ki, rəsmi Bakı azərbaycanlı politoloqları Rusiyanın üzərində salır.


Qeyd edək ki, F. Abbaszadə Moskvada fəaliyyət göstərən talış diasporunun liderlərindən biri olaraq daim Azərbaycana qarşı separatçı fikirlər səsləndirir. O, Azərbaycana qarşı ermənilərlə də işbirliyinə girir və bir növ “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə yanaşır. Bu şəxs Avropada da dəfələrlə Azərbaycanda azlıqlara qarşı diskriminasiya olduğunu dilə gətirib və bütün fəaliyyəti, demək olar ki, bu istiqamətdədir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm