“Amerika vəhhabilərin əli ilə Azərbaycanı qarışdıra bilər”
Bizi izləyin

Nida.az

“Amerika vəhhabilərin əli ilə Azərbaycanı qarışdıra bilər”

“Amerika vəhhabilərin əli ilə Azərbaycanı qarışdıra bilər”

“Səudiyyə Ərəbistanı, yaxud Amerika istəsə, vəhhabilərin əli ilə Azərbaycanı qarışdıra bilər”.

Bu barədə şərqşünas politoloq Zərdüşt Əlizadə Publika.az-a açıqlamasında Suriyada döyüşən azərbaycanlı mücahidlərin təhdidlərini şərh edərkən deyib.

Politoloq vəhhabilərin özlüyündə təhlükə olmadığını düşünür: “Onlar təhlükəli deyil, yalnız o vaxta qədər ki, Amerika bunu istəmir. Çünki vəhhabilər Amerikanın layihəsidir və onların fitvasına uyğun hərəkət edirlər. Bu gün Orta Şərqdə baş verənlər də bunu göstərir. Suriyada da vəhhabilər Amerikanın, Səudiyyənin istəyi ilə vuruşur. Bu baxımdan hesab edirəm ki, Amerika vəhhabilərin əli ilə Azərbaycanı qarışdıra bilər, amma bunu istəsə”.
Qeyd edək ki, Suriyada döyüşən azərbaycanlı mücahidlər Azərbaycan hökumətinə Əbu-Bəkr və Ləzgi məscidlərinin açıqlaması ilə bağlı təhdidli çağırış ediblər. (http://publika.az/p/23858).

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm