• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Surət Hüseynovun layihəsində şok isim: Elşad Abdullayev

  • Nida.az
  • 10 İyun 2014 14:54
  • 5 358 Baxış
Surət Hüseynovun layihəsində şok isim: Elşad Abdullayev

Xəbər verdiyimiz kimi, sabiq baş nazir, qiyamçı polkovnik surət Hüseynov Moskvada diaspor təşkilatı yaratmaq istiqamətində fəaliyyətə başlayıb. (http://publika.az/p/23849).

Məlumata görə, ilk olaraq, Rusiyada yaşayan keçmiş Qarabağ döyüşçülərini ətrafında birləşdirəcək təşkilat sentyabr ayında ictimaiyyətə təqdim ediləcək. İlkin məlumata görə, təşkilatın adı “Nicat” olacaq, lakin yeni adlar üzərində də düşünüldüyü deyilir.

Moskvada fəaliyyət göstərən Azərbaycan diasporundakı mənbə Publika.az-a S. Hüseynovun diaspor təşkilatı barədə yeni məlumatlar verib. Mənbə iddia edir ki, S. Hüseynov təşkilatının Türkiyə, Azərbaycan, eləcə də Avropa üzrə nümayəndəliyini də yaratmaq fikrindədir.

Türkiyə və Azərbaycanda əlaqələrin kimlər tərəfindən koordinə ediləcəyi hələ dəqiq deyil. Lakin Avropa üzrə işləri aparacaq şəxs dəqiqləşib. Bu, hazırda İsveçrədə yaşayan keçmiş OMON-çu Qabil Rzayevdir. Məlumata görə, onunla danışıqlar aparılıb və yeni layihədə iştirak edəcəyinin razılığı alınıb.

Burda Q. Rzayevin adının keçməsi xüsusi olaraq diqqət çəkir. Təbii ki, keçmiş OMON-çu olması onun bu missiya üçün seçilməsində rol oyanyıb. Amma Q. Rzayevin fəaliyyətindəki bəzi nüanslar da məsələnin üzərindən sakit keçməyə imkan vermir.

Q. Rzayev Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədridir. O, ötən il Azərbaycandakı Milli Şuranın sədri olmuş Rüstəm İbrahimbəyovla Moskvada görüş keçirtdi. Məqsəd Milli Şuranın Rusiyada özək təşkilatının yaradılması idi. Görüşdə iştirak edən şəxslərin kimliyi də diqqət çəkirdi, xüsusilə iki şəxsin. Biri türkiyəli Hasan Toku, digəri İsmayıl Şabanov. Hasan Toku 1993-cü ildə mərhum prezident Heydər Əliyevə sui-qəsd etməyə cəhd göstərmişdi. Lakin bunun qarşısı alındı və həbs edildi. 8 il həbsxanada qalan keçmiş ülkücü H.Toku Heydər Əliyevin əfvi ilə azadlığa qovuşdu. Publika.az-ın bu məsələ ilə bağlı apardığı araşdırmadan sonra Q. Rzayev Hasan Tokunu təşkilatından çıxartdı, bununla bağlı bəyanat da yaydı.

Digər şəxs İsmayıl Şabanov isə 1965-ci ildə Lənkəranda doğulub. SSRİ-nin dağılmasından sonra Rusiyada “Talış diasporu” təşkilatını yaradıb. Hazırda Moskvada yaşayır və təşkilatın rəhbəridir. İ. Şabanov daim Azərbaycana qarşı separatçı fikirləri ilə diqqət çəkir.

Belə bir şəxsin Surət Hüseynovun layihəsində yer alması diqqət çəkəndir.
Lakin bir məqamı da xüsusi vurğulamaq lazımdır.

Moskvadakı mənbənin verdiyi məlumatda ən ilginc isimi Q. Rzayevlə bağlı arayışdan sonraya saxladıq. Bu şəxs Azərbaycanda keçmiş ABU universitetinin rektoru, məşhur rüşvət qalmaqalında adı keçən Elşad Abdullayevdir. Məlumata görə, E. Abdullayev də yeni diaspor təşkilatında əsas şəxslərdən olacaq. Bütün hədəf isə Azərbaycan iqtidarına qarşı mübarizədir.

Qeyd edək ki, E. Abdullayev Qabil Rzayevin rəhbərlik etdiyi Azərbaycanlıların Milli Birlik Şurasında təmsil olunur.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR