İqbal Ağazadənin sirri çözüldü
Bizi izləyin

Nida.az

İqbal Ağazadənin sirri çözüldü

İqbal Ağazadənin sirri çözüldü

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə özünə yeni müavinlər təyin edib.

Partiyadan Publika.az-a verilən məlumata görə, partiya sədrinin sərəncamı ilə Taleh Əliyev İcra Aparatının rəhbəri, Hacı Bakir Həsənbəyli Təşkilat məsələləri üzrə sədr müavini, Rüfət Muradlı İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini, Razi Abasbəyli Büdcə və iqtisadi məsələlər üzrə sədr müavini, Səməd Hətəmov Sosial və humanitar məsələlər üzrə sədr müavini, Elman Abbasov isə İnformasiya və mətbuat məsələləri üzrə sədr müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, ötən həftə İ. Ağazadənin sərəncamı ilə partiyanın İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, Xaricdə yaşayan Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad edilmişdi.

Yeni təyinatlara diqqət yetirdikdə bunun daha çox yerdəyişmə olduğunu demək olar. Çünki bəzi vəzifələrin adı dəyişməklə əvvəlki müavinlərin əksəriyyəti postlarına bərpa olunub. Bu isə bu qərarın Könül Quliyeva ilə bağlı olduğunu ehtimal etməyə əsas verir.

Publika.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, İ. Ağazadənin xanım müavini K. Quliyeva Rusiya vətəndaşı imiş. O, 2004-cü ildə rus vətəndaşı olan azərbaycanlı ilə ailə quraraq Rusiyaya köçüb və rus vətəndaşlığını qəbul edib. Daha sonra geri qayıdan K. Quliyevanın Azərbaycan vətəndaşlığıı almaq cəhdləri baş tutmayıb. Lakin başqa ölkənin vətəndaşı olan şəxsin partiya mənsubiyyətinə məxsus olmasını qanun qadağan etsə də, “Ümid”də müavin postuna qədər gedib çıxa bilib.
Mənbənin bununla bağlı iki versiyası var: birincisi, K. Quliyeva İqbal Ağazadədən Rusiya vətəndaşı olmasını gizlədib, ikincisi, partiya sədri bunu bilsə də, hansısa maraqlara görə göz yumub. Bunların hansının doğru olduğu dəqiq bilinmir.

Məlumata görə, “Ümid”də Ailə Qadın və Uşaq məsələləri üzrə müavin olan K. Quliyevanın bu postdan uzaqlaşdırılmasının səbəbləri sırasında Rusiya vətəndaşlığının olması da əsas yer tutur. Belə ki, İ. Ağazadə son dövrlər daha çox qərbyönümlü siyasi xətti dəstəkləyir. Hətta onun bir sıra Qərb institutları ilə də təmaslara keçdiyi deyilir. Rusiya vətəndaşı olan şəxsin müavini olması isə bu yolda ona əngəl ola bilərdi. Bu baxımdan, K. Quliyeva postdan uzaqlaşdırıldı. Məlumata görə, sədrlə müavin arasında bu səbəbdən kiçik insident də yaşanıb.

K. Quliyevə isə Publika.az-a açıqlamasında bildirib ki, onun özü yox, həyat yoldaşı və övladları Rusiya vətəndaşıdır.

İ. Ağazadənin sonuncu qərarı ilə “müavin siyasəti”nin əsas səbəbinin K. Quliyeva ilə bağlı olduğu ortaya çıxır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm