Millət vəkili Leyla Yunusun yalanını belə aşkarladı
Bizi izləyin

Nida.az

Millət vəkili Leyla Yunusun yalanını belə aşkarladı

Aydın Mirzəzadə Publika.Az -a açıqlamasında Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun Azərbaycanda 134 siyasi məhbusun olduğuna dair açıqladığı siyahıya münasibət bildirərkən deyib.

“Leyla Yunusun siyasi məhbuslarla bağlı elan etdiyi siyahının dəqiqliyi böyük şübhə doğurur”.Bu barədə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.Az -a açıqlamasında Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun Azərbaycanda 134 siyasi məhbusun olduğuna dair açıqladığı siyahıya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, birincisi 100-dən çox insan barəsində məlumat toplamaq bir insanın gücündə deyil: “Digər tərəfdən Leyla Yunusun bunu hansı kollektivlə və nə dərəcədə professional hüquqşünaslara tərtib etdiyi böyük sual doğurur. Onun siyasi məhbus elan etdiyi insanların hansı hüquqi əsasa görə siyasi məhbus və vicdan məhbusu hesab edilməsinin özü də kifayət qədər problematik məsələdir. Çünki siyasi məhbus əqidəsinə, vicdan məhbusu isə dini baxışlarına görə həbsdə olan insanlar sayılır. Azərbaycanda isə hələ heç kim bu iki motivə görə həbs edilməyib. İlk baxışdan onun iddiası əsassız hesab edilir”.

YAP funksioneri deyib ki, məhbus məhkəmənin qərarı olan insanlara deyilir. Onun sözlərinə görə, Leyla Yunus haqqında tədqiqat, istintaq gedən insanları da məhbus kimi təqdim edib.

“Bu heç bir hüquqi standartlara uyğun gəlmir. Bundan əvvəl Leyla Yunus müəyyən siyahı tərkib etmək üçün cəhd edirdi. Sonradan məlum oldu ki, bu siyahılar onun öz təşəbbüsü ilə deyil, Avropanın bəzi ölkələrinin, maliyyə mənbələri olan müəyyən fondların maliyyə sifarişi ilə tərtib olunub. Göründüyü kimi, bu artıq insanların hüququnun müdafiəsi deyil, xaricdən verilən qrantın qorunmasının müdafiəsidir”-deyə millət vəkili diqqətə çatdırıb.

A. Mirzəzadə qeyd edib ki, Leyla Yunusun tərtib etdiyi siyahılar digər insan hüquqlarının müdafiəsi profilli təşkilatların nümayəndələri tərəfindən etirazla qarşılanır: “Onlar bu siyahının subyektiv amillər əsasında, siyasi maraqlara görə tərtib edildiyini bildirirlər. Xanım Yunus isə bu ittihamların heç birinə cavab vermir, polemikaya, iddialarını müdafiə etməyə hazır deyil”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm