Bayram Səfərov: “Azərbaycan Çubuxçiyana sığınacaq verməlidir”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Azərbaycan Çubuxçiyana sığınacaq verməlidir”

Bayram Səfərov: “Azərbaycan Çubuxçiyana sığınacaq verməlidir”

“Hesab edirəm ki, Azərbaycan Lübix Çubuxçiyana sığınacaq verməlidir”.

Bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Publika.az-a açıqlamasında Ermənistanın Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyanın Azərbaycandan sığınacaq istəyini şərh edərkən deyib.

İcma rəhbəri qeyd edib ki, bu erməni öz istəyi ilə bunu edirsə, ona imkan yaratmalıyıq, amma bir şərtlə: “Azərbaycan qanunlarına riayət edəcək və bizim mövqedən çıxış edəcək. Ermənilərin başa düşürlər ki, onların ümidi, gələcəyi Azərbaycanla bağlıdır. Onlardan kimsə Azərbaycandan sığınacaq istəyirsə, təbii ki, bunu elə-belə istəmir. Azərbaycanın inkişafı, demokratik ölkə olması, burda insan haqlarının qorunması və bütün bunların Ermənistanda olamaması burda əsas səbəbdir. Bu şəxsin özü də keçmiş məmurdur və bunları gözəl bilir. O, çıxış yolunu, ailəsinin, övladlarının gələcəyini Azərbaycanda görür. Hesab edirəm ki, bunlar nəzərə alınaraq onun istəyi müsbət qarşılanmalıdır”.

B. Səfərov əlavə edib ki, bir erməninin bu istəyi həm də Ermənistandakı acınacaqlı vəziyyətin sübutudur.

“Ermənistanın çarəsiz vəziyyətdə olduğuna daha bir nümunə ilə qarşılaşırıq. Bu həm də Ermənistanın Azərbaycansız çətin yaşadığını göstərir”,– deyə icma rəhbəri vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyan Azərbaycan Prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəyib.

“Bizə Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyan zəng edərək bildirdi ki, bu gün o, BBC-nin Ermənistandakı müxbiri Aleksey Manvelyana zəng edib və deyib ki, ailəsi ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəyir. Çubuxçiyan əlavə edib ki, onun bəyanatı artıq qeydə alınıb” deyə sayt xəbər verir.

Bu ərəfədə keçmiş məmur Ermənistan hakimiyyətinin onun taleyinə xroniki biganəliyi ilə bağlı açıqlama yaymış, mənzil və digər problemlərinin həll edilməyəcəyi təqdirdə Azərbaycandan siyasi sığıncaq istəyəcəyi barədə hakimiyyəti xəbərdar eləmişdi. Məsələ ilə əlaqədar sabiq məmur prezident Serj Sərkisyana məktub da yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm