Zahid Oruc: “Çubuxçiyan Ermənistanın kəşfiyyat planı da ola bilər”
Bizi izləyin

Nida.az

Zahid Oruc: “Çubuxçiyan Ermənistanın kəşfiyyat planı da ola bilər”

Zahid Oruc: “Çubuxçiyan Ermənistanın kəşfiyyat planı da ola bilər”

“Azərbaycandan sığınacaq istəyən erməni Çubuxçiyan kəşfiyyat planı da ola bilər. Hər gələn erməninin üzərində planların qurulması ehtimalı daha güclüdür, nəinki bunun insani düşüncə ilə atılmış addım olduğunu düşünmək”.

Bu barədə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Ermənistanın Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyanın sığınacaq üçün Azərbaycan prezidentinə müraciətinə münasibət bildirərkən deyib. Millət vəkili bir neçə ay bundan öncə yaşlı bir erməninin sərhədi keçməsini xatırlayaraq bildirib ki, o kamikadze ola bilməzdi: “Amma sonradan, guya, Azərbaycanda döyülməsi ilə bağlı erməni mətbuatı bir ay propaqanda apardı. Əslində, onlar canlı ölülərdir və sonradan məlum oldu ki, bu, Erməni propaqandasının bir hissəsi imiş. Sərkisyan xuntası bununla Dağlıq Qarabağdakı neytral mövqe sərgiləyən ermənilərə nümunə göstərmək istəyirdi. Yəni siz də getsəniz, aqibətiniz belə olacaq. Bu baxımdan, bu dəfəki müraciətin üzərində də hansısa siyasətin olmasına şübhə yoxdur”.

Z. Oruc müharibələrin təcrübəsində belə halların yaşandığını bildirib.

“II Dünya müharibəsində artilleriya hücumları, yaxud bombardmanlar zamanı eyni formanı geyinən emissarların düşmən cəbhəsinə yerləşdirmək təcrübəsi var idi. Bu cür təcrübələr bütün müharibələr tarixində
mövcuddur”.

Komitə üzvü hesab edir ki, Azərbaycan tərəfi bu müraciəti cavablandırmamışdan öncə düşünüb-daşınmalı, araşdırmalar aparmalıdır: “Bir erməninin belə müraciət etməsinin səbəbi müəyyən mənada bəllidir. Bu, Ermənistandakı acınacaqlı durumdan irəli gəlir. Onsuz da biz ən neytral beynəlxalq ekspertlərin dilindən, eləcə də beynəlxalq hesabatlardan bu ölkədəki vəziyyəti bilirik. Amma Çubuxçiyanın qəbul edilməsi pis təcrübəyə də səbəb ola bilər. Belə ki, uğursuz karyerası olan, müəyyən problemlərlə üzləşən hər hansı bir azərbaycanlı da eyni addımı ata bilər”.

Millət vəkili hesab edir ki, üzünü Azərbaycana çevirən bir ermənini gül-çiçəklə qarşılamaq lazım deyil: “Ona güllə də atmaq olmaz. Sadəcə, müəyyən araşdırmalar aparılmalı, səbəblər daha detallı olaraq öyrənilməlidir və qərarı ondan sonra vermək olar”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm