• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Siyavuş Novruzov müxalifəti “şoumen” adlandırdı

  • Nida.az
  • 11 İyun 2014 15:49
  • 1 173 Baxış
Siyavuş Novruzov müxalifəti “şoumen” adlandırdı

“Son vaxtlar radikal müxalifət qəzet səhifəsində fəaliyyət göstərirdi. Artıq o da yoxdur”.

Bunu Publika.az-a açıqlamasında hakim yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov müxalifətin fəaliyyətini qiymətləndirərkən bildirib.

Radikal müxalifətin tez-tez şou düzəltdiyini vurğulayan S.Novruzov deyib: “Radikal müxalifət qəzetlərində hərdənbir şou düzəldirdi ki, yadda qalsın. Bir-birləri ilə vuruşurdular və sairə. İndi o da artıq tükənib. Gələn il keçiriləcək parlament seçkilərinədək müxalifətin vəziyyəti belə olacaq”.

S.Novruzov həmçinin qeyd edib ki, müxalifət bələdiyyə seçkilərində iştirak edə bilməyəcək:

“Çünki bələdiyyə seçkilərində iştirak etmək üçün 20 mindən çox namizəd irəli sürmək lazımdır. Ancaq bunların hamısı bir yerdə heç 500 nəfər deyil. Misal üçün, prezident seçkiləri prosesində namizəd irəli sürüləndən sonra müxalifət hələ də namizəd axtarırdı. Gərək seçkilərə ən azı bir il öncə hazırlaşmalısan. Biz artıq bələdiyyə seçkilərinə ciddi hazırlaşırıq. Bu yaxınlarda bununla bağlı ciddi tapşırıqlarımız da olacaq və sairə. Yəni, YAP ardıcıl şəkildə bir seçki bitən kimi digər seçkilərə hazırlaşır. Amma müxalifətin yadına seçki 15 gün qalmış düşür”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR