Rüstəm İbrahimbəyovun gizli ailəsindən yeni xəbər
Bizi izləyin

Nida.az

Rüstəm İbrahimbəyovun gizli ailəsindən yeni xəbər

Rüstəm İbrahimbəyovun gizli ailəsindən yeni xəbər

“Rüstəm İbrahimbəyovun Bakıda nikahdankənar ailəsinin olduğu, yaxud olmadığı haqda danışmayacam. Amma onu deyə bilərəm ki, heç kimin ailəsi müzakirəyə çıxarılmamalıdır. Həmçinin belə bir şeyin olması, yaxud olmaması barədə müzakirə açmaq doğru deyil”.

Bu barədə kinematoqraf Rüstəm İbrahimbəyovun yaxın dostu, “El” üzvü Eldəniz Quliyev Publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, prezidentdən tutmuş, sadə insana qədər hər kəsin ailəsi toxunulmazdır: “Bunu jurnalistlərin mətbuatda qabartması doğru deyil. Rüstəm bəyin də ailəsi toxunulmazdır və heç kəsin bunu müzakirəyə çıxartmağa haqqı yoxdur”.

Məsələ ilə bağlı R. İbrahimbəyovun özü ilə əlaqə saxlamaq istəsək də, telefonları söndürülmüşdü.

Qeyd edək ki, azvision.az saytının məlumatına görə, R.İbrahimbəyov uzun illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Lalə Əfəndiyeva ilə qeyri-rəsmi nikahdadır. Onların 8 yaşlı Fərhad adlı övladları var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm