Azərbaycana qarşı hücumda komandanı rus zabitləri verir-Yeniləndi
Bizi izləyin

Nida.az

Azərbaycana qarşı hücumda komandanı rus zabitləri verir-Yeniləndi

Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb

Cəbhədə atəşkəsi pozan erməni hərbi birləşmələrinə komanda verən rus zabitlərinin hansı məqsədlə orda olduğu haqqında yeni məlumat yayılıb. Əldə etdiyimiz yeni məlumatlara görə, onlar Ermənistanda erməni əsgərlərinə təlim keçənlər deyil, bu hücum planı üçün xüsusi olaraq gələnlərdir. Mənbəmiz ehtimal edir ki, bu hücumun arxasında siyasi məqsədlər dayanır və birbaşa Rusiyada hazırlanmış plana uyğun həyata keçirilir.

Hərbi ekspert Üzeyir Cəfərov da Publika.Az –a açıqlamasında bu məlumatın müəyyən qədər doğru olduğunu deyib. Onun sözlərinə görə, bu ehtimaldır, lakin böyük ehtimaldır: “Amma bunu müdafiə nazirliyi rəsmi olaraq deyirsə, ad çəkməlidir. Bildirməlidir ki, orda ərəb, farsa, ingilis, rus, yoxsa başqa dildə komanda verilir. Hansı ölkənin orda iştirakı varsa, bu açıq formada deyilməlidir ki, qoy hər kəs bilsin”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi məlumatında hücumlarda qeyri-erməni dilində komandaların səsləndiyi deyilir.

Asif

14.47

Azərbaycana qarşı hücumda komandanı rus zabitləri verir

Hazırda cəbhə bölgəsində gərginlik davam edir. Publika.Az –n hərbi mənbələrdən əldə etdiyi məlumata görə, erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı hücumda təkcə erməni əsilli əsgər və zabitlər iştirak etmir. Məlumata görə, hücumda Livan və digər bu kimi ölkələrdən gələn muzdlu əsgərlər, eləcə də rus əsgər və zabitləri də iştirak edir. Mənbə bildirir ki, hücumda əsas komanda rus zabitlərinin əlindədir.

Qeyd edək ki, Müdafiə Nazirliyi bu gün yaydığı məlumatda da qeyri-erməni dilində komandaların səsləndiyi deyilir.“Yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. İnsident cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında qeydə alınıb. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib. Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb”-deyə rəsmi məlumatda deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm