Nida.az
Naxçıvanda nə baş verir? – polkovniklərin şərhi
Naxçıvanda erməni hücumu ilə bağlı xəbərlər yayıldı. Məlumatlara görə, erməni hərbi birləşmələri ilə Culfa, Şahbuz, Sədərək rayonlarında şiddətli döyüşlər gedir. Hətta erməni tərəfinin 4 hərbi təyyarəsinin havaya qalxdığı xəbərləri də dolaşmaqdadır. Lakin Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir və vəziyyətin nəzarətdə olduğunu deyir.
Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə
Publika.az-a açıqlamasında bildirib ki,
ermənilərin Naxçıvana genişmiqyaslı hücumu mümkün deyil:
“Bildiyimiz kimi, müəyyən müqavilələr də var. Əgər Naxçıvana kənar qüvvə soxulsa, müqaviləyə əsasən məsələyə Türkiyə də qarışacaq. Əslində, bu cür xəbərləri qeyri-ciddi hesab edirəm. Kimlərsə gündəmə gəlmək üçün belə xəbərlər uydururlar. Birdən-birə belə şeyin baş verməsi mümkünsüz görünür. Birincisi, Azərbaycan ordusu kifayət qədər güclüdür, ikincisi, Ermənistanın hərbi potensialı o səviyyədə deyil ki, belə bir hücuma başlasın. Digər tərəfdən, ermənilərlə bir yerdə olan Rusiya da buna getməz”.
Polkovnik hesab edir ki, bu cür informasiyaların yayılmasının
iki tərəfi var: “Birincisi, erməni tərəfi Azərbaycanda xof
yaratmağa çalışır və ordumuza zəif gözlə baxdıqlarının mesajını
verirlər. İkincisi isə, belə informasiyaların yayılması ilə
cəmiyyətin hazırlıq vəziyyəti yoxlana bilər. Düzdür, Müdafiə
Nazirliyi bu məsələlərə əvvəldən hazırdır. Amma ictimaiyyətin də
hər an hazır olması baxımından belə informasiyalar yayıla
bilər”.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir
Cəfərli isə Publika.az-a açıqlamasında
bildirib ki, bu, tirajlanan dezinformasiyalardır: “Naxçıvanda
gərginlik var, əvvəlki dövrlərə nisbətən atəş səsləri daha tez-tez
eşidilir. Bu da ermənilərin verdiyi itkilərlə bağlıdır. Lakin
deyildiyi formada hücum yalandır. Son vaxtlar Azərbaycan Naxçıvana
böyük miqdarda silah-sursat yerləşdirib, ən böyük təlimlər də burda
keçirilir. Bu baxımdan, ermənilər bu bölgədə təxribat yaratmaq
istəyi ilə belə informasiyalar yayırlar. Mən belə
dezinformasiyalara uymamağa çağırıram”.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK