• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qarabağlı deputatdan Azərbaycandan sığınacaq istəyən erməniyə cavab

  • Nida.az
  • 11 İyun 2014 18:16
  • 653 Baxış
Qarabağlı deputatdan Azərbaycandan sığınacaq istəyən erməniyə cavab

Qarabağlı deputat Rövşən Rzayev Ermənistanın Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyanın Azərbaycan Prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəməsinə münasibət bildirib.

R. Rzayev Publika.az-a açıqlamasında deyib ki, bu məsələ üzərində düşünmək, səbəbləri araşdırmaq lazımdır: “Ümumi səbəblər bəllidir. Çünki Ermənistanda olan acınacaqlı vəziyyət hər adamı bu addımı atmağa vadar edir. Ermənistanda alimdən tutmuş fəhləyə qədər hər kəs eyni vəziyyətdədir. Ermənistan siyasi hakimiyyətini zəbt edənlər bu cür şərait yaradıblar. Ermənistan xalqı düşünməli və öz gələcəyi naminə addım atmalıdır. Nə qədər tez etsələr, Ermənistan bir o qədər düzgün mövqeyə gələr. Lakin bu müraciətin arxasında nələrin olduğu əvvəlcə araşdırılmalıdır. Söhbət xoşniyyətli birisindən deyil, ermənidən gedir”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR