Mehman Əliyev hakimiyyəti devirmək üçün necə sövdələşib? - YENİLƏNDİ
Bizi izləyin

Nida.az

Mehman Əliyev hakimiyyəti devirmək üçün necə sövdələşib? - YENİLƏNDİ

Bundan başqa, M.Əliyev söhbətin hansısa qrant layihələrini maliyyələşdirməkdən getdiyini dəqiqləşdirməyə çalışır.

Yanvarın 24-də bir sıra qəzet və saytlara [email protected] ünvanından audioyazı daxil olub. Məktubda qeyd olunur ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə “hakimiyyət çevrilişi məqsədi” ilə maliyyələşdirir.

Söhbət özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov arasında gedir.

“NARAHATLIQ VAR Kİ, SURİYA VARİANTI OLA BİLƏR”

Yevgeniy adlı şəxs deyir ki, Freedom House-un Şərqi Avropa bölməsinin toplantısı olub və Azərbaycanda demokratik qüvvələrə yardım məsələsi də gündəlikdə olub.

Mehman Əliyev AzadlıqRadiosuna deyir ki, zəng ona dekabrın son günlərində Ukraynadan gəlib və Yevgeniy adlı bir şəxsin onunla danışmaq istədiyini deyiblər. Həmin şəxs Ukraynada durumu dəyişməyə qərar verildiyini deyib:

“O, Yanukoviçi yola salmaq qərarı olduğunu, ancaq Azərbaycanla bağlı belə bir qərarın verilmədiyini dedi. Dediyinə görə, Azərbaycanla bağlı narahatlıq var ki, nəsə baş versə, islamçılar prosesə qoşula və Suriya variantı baş verə bilər. Ona görə də Azərbaycanla bağlı təkamül yolu – cəmiyyəti yetişdirmək, qərbyönlü qüvvələrə dəstək vermək gərəkdir. Bununla bağlı burada qeyri-hökumət təşkilatlarına qrantlar vermək istəyirlər. Soruşanda ki, “məndən nə istəyirsiz?” dedi ki, dəstək veriləcək QHT-ləri müəyyənləşdirməyi istəyirlər. Mən də dedim “aydındır, başa düşdüm”.”

“YƏNİ UKRAYNA HADİSƏLƏRİ ARXASINDA AMERİKA DURUB”

Mehman Əliyev deyir sonradan bu söhbət onda ciddi şübhələr yaratdığından həmin şəxslərlə əlaqəni davam etdirməmək qərarına gəlib. Ona axşam 10-da zəng olunacağı deyilsə də, sonradan zəng də gəlməyib.

Mehman Əliyev indi açıqlanan lent yazısında ABŞ-ın Yanukoviçi yıxmaq qərarı verməsi fikrinə diqqət çəkir:

“Hesab edirəm bu indi daha çox Ukraynada baş verənlərlə bağlı ABŞ-ın “planı olduğunu” ifşa etməkdir. Yəni Ukrayna hadisələri arxasında Amerika durub. Azərbaycan və Ukrayna kimi ölkələrdə də oxşar proseslər gedir. NATO, Avropa Birliyi layihələri, Şərq Tərəfdaşlığı Qərbin layihələridir. Azərbaycanda hakimiyyət, vətəndaş sektoru da bu proseslərdə iştirak edir. Məqsəd Azərbaycanı Qərb birliyinin üzvünə çevirməkdir və burda sensasiyalı bir şey yoxdur. Konkret mənimlə bağlanmasına gəlincə, orda inqilab söhbəti yoxdur. Əksinə, deyilir ki, Azərbaycanda inqilab yolu qəbulolunmazdır”.

14.17

Hakimiyyət çevrilişinə maliyyə ayrılıb - Sövdləşmənin iştirakçları bilindi

Bu gün ölkənin bir sıra aparıcı qəzet və saytlarına [email protected] ünvanından audioyazı daxil olub.

Həmin yazını müşayiət edən qeyddə bildirilir ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatları ölkədə "hakimiyyət çevrilişi məqsədi" ilə maliyyələşdirir.

Audioyazıda söhbət özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov arasında gedir.

Düzdür, onların arasındakı telefon danışığında "demokratik inqilaba kömək" kimi bir ifadə keçir, ancaq bunu Yevgeni dilə gətirir və Mehman Əliyev də soruşur ki, "kömək" deyəndə nəyi nəzərdə tuturlar.

Bundan başqa, M.Əliyev söhbətin hansısa qrant layihələrini maliyyələşdirməkdən getdiyini dəqiqləşdirməyə çalışır.

X.Hüseynov belə bir söhbətin telefonla aparılmasıənın münasib olub-olmadığını soruşur və M.Əliyev bildirir ki, o qədər də münasib deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm