“Azərbaycanda “dil polisi” yaradılmalıdır” – Təklif
Bizi izləyin

Nida.az

“Azərbaycanda “dil polisi” yaradılmalıdır” – Təklif

Azərbaycanda “dil polisi”nin yaradılması təklif olunur.

Azərbaycanda “dil polisi”nin yaradılması təklif olunur.

Təklifi Azərbaycan Dil Qurumunun sədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı irəli sürüb. O bildirib ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda da “dil polisi”nin olması vacibdir: “Bu sahənin də ciddi nəzarətçisi olmalıdır. Kanada vilayətlərin birində dil polisi fəaliyyət göstərir və bu rayonun əksəriyyəti fransızlar təşkil edir. Kanadanın rəsmi dili ingilis dili olmasına baxmayaraq, vilayətdə fransızcanın yerini sıxışdıran və bu dilin işlənməsinə maneə ola bilən heç bir şeyə yol verilmir. “Dil polisi” qanunu pozan şəxslərə qarşı dərhal cəza tədbirləri görür”.

S.Rüstəmxanlı təəssüflə qeyd edib ki, Azərbaycan bazarında, xüsusilə Bakıda yer, reklam, bəzi vəzifələrin adları müxtəlif əcnəbi dillərdə səslənir: “Burada ingilisin, almanın, müxtəlif qərb dünyasının yabançı adları meydan sulayır. Amma təəssüflər olsun ki, biz hələdə bunu laqeyidliklə tamaşa edirik. Bundan əlavə biz əvvəllər səfirliklərə Azərbaycan dilində hər hansı məsələ ilə bağlı müraciət edəndə, bizə öz dilimizdə cavab verilirdi. Hazırda isə bunun əksi müşahidə olunur. Ona görə də bu çox ciddi məsələdir və buna biganə yanaşmaq olmaz”.

Millət vəkili vurğulayıb ki, məsələnin ciddiliyini nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyətinə, məhkəmələrə və müvafiq qurumlara müxtəlif vasitələrlə müraciət edilib: “Bir neçə bəzi xarici şirkətləri məhkəməyə vermişik. Səbəb isə yerləşdirikləri reklamlarda Azərbaycanın dil qanunun pozulmasıdır. Hesab edirəm ki, Azərbaycanda da “dil polisi”nin yaradılması bu sahədə əksər neqativ halların aradan qaxmasına gətirib çıxaracaq. /Aznews.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm