Bakıda TÜRK PA-nın V plenar iclası başladı
Bizi izləyin

Nida.az

Bakıda TÜRK PA-nın V plenar iclası başladı

TÜRK PA-nın dönəm başqanlığı Azərbaycana verildi

15:14

TürkPA-nın V plenar iclası öz işinə başlayıb. Qazaxıstan parlamenti Məclisinin sədri Kabibulla Cakupov və Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovun başçılıq etdikləri nümayəndə heyətləri iclasda iştirak ediblər. TürkPA sessiyasında iştirak edəcək nümayəndə heyətləri Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun müşayiəti ilə bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.

V plenar iclasın gündəliyinə daimi komissiyaların sədr və sədr müavinlərinin seçilməsi Azərbaycanda keçirilən prezident seçkilərinə dair TürkPA beynəlxalq müşahidəçilər missiyasının hesabatı və TürkPA-nın 2015-ci il üçün büdcəsinin qəbulu daxil edilib.

Plenar iclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKSOY, Türk Akademiyası, Qaradəniz Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, GUAM və Mərmərə Qrupu Fondunun nümayəndələri iştirak edir. Macarıstan Parlamentinin sədr müavini Sandor Lezsak başçılıq etdiyi nümayəndə heyəti də TürkPA-nın V iclasında iştirak edən və Assambleya Şurasının toplantısı zamanı Macarıstan parlamentinin TürkPA-da müşahidəçi statusunun alınması gözlənilir. Plenar iclas Bakı Bəyannaməsinin qəbul edilməsi ilə başa çatacaq.

13:59

Publika.az xəbər verir ki, bu barədə danışan TBMM sədri Cəmil Çiçək dönəm başqanlığını ifadə edən sənədi Milli Məclisin sədri Oqtay Əsədova təqdim edib.

“Azərbaycanın TürkPA-ya uğurlu sədrlik edəcəyinə inanıram”,– deyə o bildirib.

Sədrliyi dövr alan O. Əsədov buna görə C. Çiçəyə təşəkkür edib və ona əvvəlki sədrliyi dövründə uğurlu işlər üçün təşəkkür edib.

“TürkPA ölkələri arasında əlaqələr kifayət qədər müsbətdir. TürkPA artıq beynəlxalq çəkili təşkilata çevrilib. Bu qurum xalqlarımız arasındakı əlaqələrə öz töhfəsini verir”,– deyə o bildirib.

Milli Məclis sədri Azərbaycanın sədrliyi dövründə TürkPA-nın uğurlu fəaliyyəti üçün əlindən gələni edəcək: “Sədrliyimiz dörünüdə Assmblayeada ekspertlərin görüşünü təşkil edəcəyik. Həmçinin burda vurğulandığı kimi, peşəkar tərcüməçilərin hazırlanması istiqamətində işləyəcəyik. Mən əminəm ki, TürkPA-nın V toplantısında qəbul ediləcək qərarlar çox əlamətdar olacaq”.

14:12

Qazaxıstan parlamenti Məclisinin sədri Kabibulla Cakupov və Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovun, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdikləri nümayəndə heyətləri Azərbaycana səfərə gəlib.

Publika.az xəbər verir ki, səfərin məqsədi TürkPA-nın Bakıda keçiriləcək 5-ci plenar sessiyasında iştirak etməkdir.

Qeyd edək ki, TürkPA sessiyasında iştirak edəcək nümayəndə heyətləri Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun müşayiəti ilə bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.

Asif

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm