Hüquq müdafiəçisi admiralın istintaqına çağırıldı
Bizi izləyin

Nida.az

Hüquq müdafiəçisi admiralın istintaqına çağırıldı

Hüquq müdafiəçisi admiralın istintaqına çağırıldı

Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov rəsmi olaraq Hərbi Prokurorluğa dəvət olunub.

Axar.az xəbər verir ki, Bəxtiyar Məmmədova artıq vitse-admiral Şahin Sultanovun istintaq işində ifadə vermək üçün bildiriş göndərilib. Onun ifadəsinin alınmasından sonra vitse-admiral Şahin Sultanovun istintaqında mühüm irəliləyişlərin olacağı gözlənilir.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 2011-ci ildə sabiq Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun ərizəsi əsasında həbs olunmuşdu. Şahin Sultanov öz müraciətində hüquq müdafiəçisini ondan 18 min avro tələb etməkdə ittiham etmişdi. Məhz bundan sonra ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.3 (güc tətbiq etməklə pul tələb etmək) və 178.1 (fırıldaqçılıq) maddələri ilə ittiham irəli sürülmüşdü. Hüquq müdafiəçisi bu ittihamları rədd etmişdi. O, vitse-admiralı “Avroviziya” musiqi yarışması ərəfəsində Bayraq Meydanı ətrafındakı evlərin söküntüsü üçün dövlətdən aldığı 2 milyon manatı qanunsuz mənimsəməkdə ittiham etmişdi. Həmin dövrdə ərazidə yerləşən hər bir ailənin mənzili üçün 10 min AZN ödəmişdi.

Onu da xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm