TÜRK PA-nın nəzdində peşəkar tərcüməçilər hazırlanacaq
Bizi izləyin

Nida.az

TÜRK PA-nın nəzdində peşəkar tərcüməçilər hazırlanacaq

TÜRK PA-nın nəznində peşəkar tərcüməçilər hazırlanacaq

“Yüksək ixtisaslı tərcüməçilərin hazırlanması TÜRK PA-nın diqqətində saxlanılmalıdır. Həmkarım Cəmil Çiçəyin dediyi kimi, peşəkar tərcüməçilər olmadan türkdilli ölkələr arasında qarşılıqlı informasiyanın tam axının olması mümkün deyil. Bu məsələnin həllində kömək göstərilməsi TÜRK PA-nın əsas hədəflərindən biri olmalıdır”.

Publika.az xəbər verir ki, bunu TÜRK PA-nın V plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib. O qeyd edib ki, Türkdilli ölkələrin Parlament Assambleyasının əsas tədbirləri Bakıda keçirilir. Onun sözlərinə görə, təşkilat çərçivəsində əməkdaşlıq dövlətlərimiz arasında iqtisadi, siyasi və digər əlaqələrin dərinləşməsinə şərait yaradır: “Artıq TÜRK PA böyük siyasi çəkiyə malik olan təşkilata çevrilmişdir. Türkdilli dövlətlərin ortaq parlamentlərinin fəaliyyətlərinin xalqlarımız və dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək edib. Hesab edirəm ki, Komissiyanın yenidən təşkil olunması təşkilatın səmərəliliyini daha da artıra bilər. Sədrliyimiz dövründə Assambleyada ekspertlər səviyyəsində görüşlərin keçirilməsində ilk dəfə Türk tərəfi təşəbbüs göstərib. Bu ənənəni davam etdirəcəyik. Azərbaycan Parlamenti TÜRK PA-nın fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsini diqqət mərkəzinə çəkəcək. Plenar iclas bu məsələnin tədqiqi ilə bağlı katibliyə təlimat verəcək. Ümid edirəm ki, payızın əvvəllərinə qədər katiblik bu məsələyə hesabat təqdim edəcək və biz bu hesabatda sizinlə birlikdə lazımi addımlar atacağıq”.

O. Əsədov qeyd edib ki, mədəni, humanitar əməkdaşlığın gündəliyinə bir sıra məsələlər daxil edilib. Milli Məclis sədri əlavə edib ki, mədəni əlaqələr sahəsində görüləcək işlər də çoxdur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm