Naxçıvandan yeni xəbər var: “Ermənilər neytral zonaya daxil olub”
Bizi izləyin

Nida.az

Naxçıvandan yeni xəbər var: “Ermənilər neytral zonaya daxil olub”

Naxçıvandan yeni xəbər var: “Ermənilər neytral zonaya daxil olub”

Naxçıvana ermənilərin hücumları ilə bağlı xəbərlər dolaşmaqdadır. Lakin bu günlərdə Culfada səfərdə olan ADP sədri Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında bildirib ki, bu informasiyalar yalandır. Onun sözlərinə görə, Culfada camaat cəbhədə atışmaların olduğunu deyir: “Lakin bu informasiyaları dəqiqləşdirəndə daha çox şayiə olduğu bəlli olur.

Culfada olanda bizə dedilər ki, ermənilər yüksəklikdə aktivlik nümayiş etdirirlər, rayona hücum təhlükəsi yaranıb. Bunu adi vətəndaş dedi. Faktiki olaraq bu informasiyanı dəqiqləşdirmək imkanım olmadı. Çünki biz Əlincəyə qədər getmişdik. Əlincə qalasını, Fəzlullah Nəiminin qəbrini ziyarət etdik. Həmin şəxsin dediyi yer Ərəfsə kəndi ərazisindədir. Ermənistanla Naxçıvan sərhədində yüksəklik sayılır. Soruşdum ki, ermənilər necə toplaşıb? Qayıtdı ki, ermənilər neytral zona var, oraya daxil olublar, bizimkilər də mane olmayıb. Həmin zona da elə yerdir ki, oradan rayona təhlükə yarana bilər.

Mətbuatda isə belə məlumat yayılıbmış ki, guya, Culfada hansısa kəndi tutublar. Biz həmin yerdə olmuşuq, elə bir aktiv hərbi əməliyyat olmayıb. Batabatda olduq, Ermənistanla sərhəddədir, orada da hərbi hazırlıq və ya narahatçılıq müşahidə etmədik”.

ADP sədri qeyd edib ki, erməni sərhədindən 10 metr aralıda camaat yeyib-içirdi. Onun sözlərinə görə, dağın döşündə minlərlə maşın vardı.
S. Cəlaloğlu bu informasiyaları daha çox erməni təxribatı hesab edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm