Nazir ABŞ nümayəndələri ilə görüşdü
Bizi izləyin

Nida.az

Nazir ABŞ nümayəndələri ilə görüşdü

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının "Bell Helicopter Textron", "Sierra Nevada Corporation" və "FLİR Systems" şirkətlərinin nümayəndələri ilə görüşüb.

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının "Bell Helicopter Textron", "Sierra Nevada Corporation" və "FLİR Systems" şirkətlərinin nümayəndələri ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Publika.az-a verilən məlumata görə, Y.Camalov nazirliyin fəaliyyəti ilə bağlı məlumatları qonaqların nəzərinə çatdırıb. Şirkət nümayəndələri də öz növbəsində, təmsil etdikləri şirkətlər haqqında ətraflı məlumat veriblər.

Görüşdə Azərbaycanın müdafiə sənayesi ilə Birləşmiş Ştatların müvafiq qurumları arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin üzvləri səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm