Erməniləri cəbhə xəttində fəallaşdıran səbəblər hansılardır?- Rəy
Bizi izləyin

Nida.az

Erməniləri cəbhə xəttində fəallaşdıran səbəblər hansılardır?- Rəy

Ermənistan dəfələrlə müxtəlif görüşlər, tədbirlər ərəfəsində atəşkəsi pozub. Təbii ki, müəyyən məqsədləri var. Məqsəd Azərbaycanı aqressiv dövlət kimi təqdim etməkdir. Amma düşünürəm ki, nazirlərin görüşü cəbhədəki gərginliyin səbəblərindən yalnız biridir

Son günlər cəhbə xəttində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyindən yayılna son məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələrinin geri

çəkilməyə məcbur edildiyi bildirilir.

Bir sıra ekspertlər isə hesab edir ki, erməni tərəfinin cəbhə xəttində fəallaşmasının əsas səbəbi bu gün Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşə kölgə salmaq niyyəti ilə bağlıdır.

Publika.Az –a açıqlamasında politoloq Fikrət Sadıxov nazirlərinin görüşünün cəbhə xəttində gərginliyin artmasının səbəblərindən yalnız biri olduğunu bildirib.

“Fakt ondan ibarətdir ki, Ermənistan dəfələrlə müxtəlif görüşlər, tədbirlər ərəfəsində atəşkəsi pozub. Təbii ki, müəyyən məqsədləri var. Məqsəd Azərbaycanı aqressiv dövlət kimi təqdim etməkdir. Amma düşünürəm ki, nazirlərin görüşü cəbhədəki gərginliyin səbəblərindən yalnız biridir. Azərbaycanın gücü, potensialı, iqtisadi uğurları Ermənistanı açıq şəkildə qıcıqlandırır. Dövlət başçımızın Davosda iştirak etməsi Azərbaycanın normal bir dövlət kimi qəbul edildiyini göstərir. Ermənistan isə orada yoxdur. Çünki, iqtisadi mövzuda Ermənistanla danışılacaq hər hansı bir mövzu yoxdur. Digər bir səbəb isə odur ki, ordumuzda islahatlar keçirilir, ruh yüksəkliyi artır. Görünür, bütün bunlar erməni tərəfini qıcıqlandırır”, - politoloq söyləyib.

F.Sadıxov cəbhədəki gərginliyin Parisdə keçiriləcək nazirlərin görüşünə də mənfi təsir edəcəyini düşünür:“Son hadisələrin bu görüşə müsbət təsiri ola bilməz. Bundan başqa da nazirlərin görüşündən radikal dəyişiklik gözlənilmir. Cəbhə xəttindəki gərginliyin də danışıqlara birbaşa mənfi təsiri olacaq”.

Azərbaycan Müdafiə Nazirliyindən yayılan məlumata görə, ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb.

F.Sadıxov hesab edir ki, cəbhə xəttində həm rus, həm də digər xalqların dilində danışqlar eşidilə bilər:“İstisna etmirəm ki, orada müəyyən ölkələrin muzdluları vuruşa bilər. Güman etmək olar ki, onlar hərbi əməliyyatlara hazırlıq vəziyyətinə gətiriliblər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm