Nida.az
Bayram Səfərov: “Səbrimizin daşması onlar üçün baha başa gələcək”
“Ermənistan bu hərəkətlərindən əl çəkməlidir. Əks təqdirdə zərər
çəkən özləri olacaq”.Bu barədə Bunu “Dağlıq Qarabağın Azərbaycanlı
İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov Publika.Az -a açıqlamasında Ermənistan hərbi
birləşmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin intensiv
şəkildə pozulmasına münasibət bildirərkən deyib. B. Səfərov
bildirib ki, ermənilər Azərbaycanın səbrini sınağa çəkir: “Amma onu
deyim ki, səbrimizin daşması onlar üçün baha başa gələcək.
Azərbaycanın kifayət qədər güclü ordusu var. Bunu Ermənistan
birdəfəlik bilməlidir. Bilməlidir ki, ağıllarını başlarına
yığmasalar, Azərbaycan daha səbir etməyəcək. O zaman ağır günləri
başlayacaq və heç kim onları müdafiə etməyəcək”.
İcma rəhbəri qeyd edib ki, bu təxribatlar Ermənistan hakimiyyətinin
işidir. Onun sözlərinə görə, burda ziyan çəkən erməni xalqı
olacaq.
“Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın bu
davranışlarıı pisləyir. Bu, sülh danışıqlarına zərərə gətirəcək.
Halbuki bu danışıqlar onlar özü üçün daha çox lazımdır. Bunu
anlamalıdırlar”-deyə o diqqətə çatdırıb.
B. Səfərov bildirib ki, hər bir azərbaycanlı kimi, bütün məmurlar
və şəxsən özü hər an hücum əmrinə hazırdır: “Hər kəs kimi məmurlar
da, şəxsən mən də canımdan keçməyə hazıram”.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK