İlyas İsmayılov Azərbaycanda eynicinsli nikaha etiraz etdi
Bizi izləyin

Nida.az

İlyas İsmayılov Azərbaycanda eynicinsli nikaha etiraz etdi

İlyas İsmayılov Azərbaycanda eynicinsli nikaha etiraz etdi

Ədalət, Yaşıllar və İslam partiyalarının təmsil olunduğu “Vətən” siyasi bloku bir sıra xarici ölkələrin öz səfirliklərinə, eləcə də Azərbaycandakı səfirliklərinə eynicinsli nikahla bağlı təlimat verməsinə etiraz edib.

Blokdan Publika.az-a daxil olan bəyanatda deyilir ki, Böyük Britaniya və Şimalı İrlandiya krallığı bir neçə dövlətlərdə olan səfirliklərinə, o cümlədən Azərbaycandakı səfirliyinə 3 iyun 2014-cü ildən etibarən eyni cinsdən olan adamların nikahının rəsmiləşdirilməsinə təlimat verib: “Əfsuslar olsun ki, bu “şərəfə” nail olan ölkələr arasında Azərbaycan yeganə müsəlman dövlətdir. Acınacaqlı faktdır ki, bu kimi təlimatlar Azərbaycanda rəsmilərin icazəsi olmadan baş verə bilməzdi. İmperialist-müstəmləkəçi qüvvələrin önəmli üzvü olan, müxtəlif məmləkətləri əsirlər boyu talayıb çökdürmək üzrə “ixtisaslanmış”, İslama qarşı müntəzəm olaraq “səlib yürüşlərdə” aktiv iştirak edən Böyük Britaniyanın məhz Azərbaycanda öz səfirliyinə “Yaradan tərəfindən lənətlənmiş əməllərə” təlimat verməsi təsadüfi deyil. Belə ki, Vətənimizin təbii sərvətlərini mənimsəməkdən, ərazi bütövlüyümüzü BMT-də səsvermə zamanı rəsmən tanımayıb torpaqlarımızı təcavüzkar Ermənistanın xeyrinə rəsmiləşdirməyə cəhddən sonra, artıq hədəfdə dinimiz və adət-ənənələrimizdir. Təsadüfi deyil ki, Böyük Britaniyanın keçmiş xarici işlər naziri, Britaniya parlamentinin üzvü Kris Brayant bu təlimata dəstək verərək bəyan edib ki, “Britaniya xarici işlər nazirliyinin fəaliyyətinin bir qismi Britaniya dəyərlərinin eksportunu təşkil etməkdir”. “Vətən” Siyasi Bloku bəyan edir ki, Böyük Britaniya dövlətinin bu qərarı digər dövlətlərin, o cümlədən Azərbaycanın mənəvi həyatına təcavüzdür və min illərlə formalaşan milli-mənəvi dəyərlərin məhv edilməsinə yönəlib. İslam dini dəyərlərini, o cümlədən ailə dəyərlərini müqəddəs hesab edən ölkələrdə, o cümlədən Azərbaycanda eynicinslilərin nikahının rəsmiləşdirilməsinə dəstək verməklə Böyük Britaniya həmin ölkələrin sosial dayanıqlılığını və cəmiyyətin tamlığını aradan qaldırmağa cəhd edir və gerçək münasibətini ortaya qoyur”.

“Vətən” Siyasi Bloku bəyan edir ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, regional təhlükəsizliyinin, davamlı iqtisadi inkişafının təhlükədə olduğu bir zamanda Azərbaycan cəmiyyətinə vətənpərvər, cəsarətli, imanlı və savadlı gənclərin olması vacibdir: “Belə gənclər yalnız ailə dəyərlərinin qorunduğu cəmiyyətlərdə yetişə bilər. Eynicinslərin həyat və davranışlarının təbliğı, nikahlarının qeydiyyatı Azərbaycanda ailə institutu anlayışına ziddir və qəbul olunmazdır”.

Blok bəyanatda bildirir ki, hər hansı bir xarici ölkənin səfirliyi yerləşdiyi ölkənin mənəvi qaydalarına hörmət etmək məcburiyyətindədir!

“Əfsuslar olsun ki, nə dövlət rəsmiləri, nə “Qərb dəyərlərini” təşviq edən siyasi partiyalar, nə də Qafqaz Müsəlman İdarəsi Böyük Britaniyanın bu məkrli siyasətinə öz etirazını bildirib. “Vətən” Siyasi Bloku bütün siyasi qüvvələri Böyük Britaniyanın bu çirkin qərarına qarşı çıxmağa və Böyük Britaniyanı bu qərarını geri almağa çağırır”, – deyə bəyanatda qeyd edilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm