Fransa mətbuatı ATƏT-in fəaliyyətini tənqid etdi
Bizi izləyin

Nida.az

Fransa mətbuatı ATƏT-in fəaliyyətini tənqid etdi

Fransanın gündəlik “Le Monde” qəzetlər qrupuna məxsus “Le Huffinqton Post” internet qəzetində Şərqi Avropa üzrə xüsusi müxbir Andrey Sorescunun Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqaləsi yerləşdirilib.

Fransanın gündəlik “Le Monde” qəzetlər qrupuna məxsus “Le Huffinqton Post” internet qəzetində Şərqi Avropa üzrə xüsusi müxbir Andrey Sorescunun Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqaləsi yerləşdirilib.

Məqalənin əvvəlində bir müddət əvvəl Prezident Fransua Ollandın Avropa və Asiyanın qovuşuğunda yerləşən, Cənubi Qafqazın lider ölkəsi Azərbaycana səfər etdiyi, səfər zamanı Fransa ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və ticarət münasibətləri ətrafında geniş fikir mübadiləsi aparıldığı, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişlənməsi imkanlarının müzakirə edildiyi xatırlanıb. Görüşdə, həmçinin on illərlə davam edən və hələlik bir çıxış yolu tapılmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulduğu bildirilib.

Yazıda ötən ay Çinin Şanxay şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak edən ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyətdən narahatlıqlarını ifadə etmələri də diqqətə çatdırılıb.

Məqalədə Dağlıq Qarabağın Azərbaycanın əzəli ərazisi olduğu, SSRİ-nin süqutundan bir neçə il əvvəl erməni millətçiləri tərəfindən qızışdırılan bu bölgənin erməni əhalisinin onu Azərbaycandan ayırmaqla işğalçılıq siyasəti yeridən Ermənistana birləşdirmək kimi xəyala düşmələri, 1988-ci ildə Azərbaycandan ayrılmaq haqqında referendum keçirmələri və bununla əlaqədar Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdiyi və nəticədə iki ölkə arasında münasibətlərin gərginləşdiyi və münaqişəyə çevrildiyi qeyd edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs barədə razılıq əldə edildiyi diqqətə çatdırılan məqalədə münaqişə nəticəsində minlərlə insanın həlak olduğu, on minlərlə insanın yaralandığı, yüz minlərlə insanın isə silah gücünə doğma yurdlarından çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətinə salındığı bildirilib.

Münaqişə zamanı azərbaycanlıların daha çox məhrumiyyətlərlə qarşılaşdığı, 300 mindən artıq azərbaycanlının Ermənistandakı doğma ata-baba yurdlarından qovulduqları, 750 mindən çox azərbaycanlının isə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərdən zorla çıxarıldığı vurğulanıb.

Məqalədə hərbi əməliyyatların dayandırılmasından 20 il keçdiyi xatırlanıb, atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq, istər hərbçilərin, istərsə də dinc sakinlərin yenə güllələrə tuş gəldiyi və döyüşün davam etdiyi bildirilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonunun, ümumilikdə isə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi diqqətə çatdırılan yazıda senator Natali Qulenin “Mediapart” internet qəzetində yayılan məqaləsindəki “Varlığı şübhə altında olan və özünü respublika kimi qələmə verməyə cəhd edən qondarma Dağlıq Qarabağ respublikası Cənubi Qafqazın heç bir ölkəsi, hətta Ermənistan, beynəlxalq ictimaiyyət, o cümlədən Fransa tərəfindən tanınmamışdır” fikirlərinə istinad edilib.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Minsk Qrupunun yaradıldığı, lakin bu qurumun fəaliyyətinin hələlik bir nəticə vermədiyi, Şanxayda keçirilən toplantıda həmin təşkilatdan fəaliyyətini gücləndirmək tələb olunduğu diqqətə çatdırılıb.

Məqalədə Ermənistanın ona məxsus olmayan və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın əzəli ərazisi kimi qəbul edilən torpaqları işğal etməsi faktının pislənildiyi xüsusi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm