Nida.az
"Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır"
Yanvarın 23-də Davosda "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda qəbul keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.
Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab
dedi: "Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr olunmuş xüsusi
axşam təşkil edilmişdir. Sizin Davosda şəxsi iştirakınız sayəsində
regiona maraq artır. Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız və
siyasətinizlə bağlı ətraflı məlumat aldım. Açıqlamaq istərdim ki,
bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin
inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar
artıq Sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust
ayında biz yenidən Sizinlə görüşüb əlavə məlumatlar təqdim
edəcəyik. Yekun təqdimat bu ilin sonunda və ya gələn ilin əvvəlində
baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki,
biz əminik, ən müsbət ssenari reallaşacaqdır. Bununla da Sizə xoş
axşam və fəal müzakirə arzu edirəm".
Qəbulda çıxış edən Prezident İlham Əliyev əvvəlcə Cənubi Qafqaz və
Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə
professor Şvaba minnətdarlığını bildirib: "Bizim region hazırda
dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə
regional əməkdaşlıq mövzusu müzakirə olundu. Bundan əlavə, ötən
ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin
mövzuya həsr edilmişdi. Həqiqətən, regionumuz dinamik inkişaf edir
və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır".
Prezident bildirib ki, Azərbaycan öz növbəsində əməkdaşlığın
gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası
üçün vacib rol oynayır: "Deyə bilərəm ki, ölkələrimizi bir araya
gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da
enerji siyasətimizin başlanğıcı ilə bağlıdır. Biz geniş boru
kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini
birləşdirməyə müvəffəq olduq".
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan yalnız enerji
resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir: "Mərkəzi
Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur
vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm
də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə
tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən
Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın
ən iri infrastrukturu hesab olunan "Şahdəniz-2" layihəsini nəzərdə
tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan "XXI
əsrin müqaviləsi" adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət
göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi
əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir.
Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində
Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda,
Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm
dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük
Britaniyaya qədər uzanan yeni "İpək Yolu"dur və ümid edirəm ki,
artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional
əməkdaşlığın müsbət əlamətləridir".
İlham Əliyevin sözlərinə görə, təbii ki, siyasət sahəsi də mühüm
rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir
ölkənin tərkib hissəsi olmuşdur: "Bizim tarixən əlaqələrimiz
vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini
görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik.
Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil
siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22
il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz
idisə, bu gün bu göstərici 85 faizə bərabərdir.
Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi
istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan
xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda
baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik
inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu
məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər
dünya üzrə orta göstəricilərdən üstündür. Azərbaycana gəldikdə, biz
bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə
yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun
artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində
eyni inkişaf tempi təmin ediləcəkdir".
Prezident qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən
iqtisadiyyata malikdir: "Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb
və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi
Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən
islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi,
insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması
və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub.
Bir daha regionumuza göstərilən maraq və dəstəyə görə professor Şvaba və Davos İqtisadi Forumuna təşəkkürümü bildirərəm. Bu, mənim Davosa səkkizinci səfərimdir və bu, Azərbaycanın təbliği və təmasların qurulmasında çox faydalı olub. Ötən illər ərzində qurduğumuz təmaslar bu gün kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının və indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin inkişafına xidmət edib. Bir daha Sizə təşəkkür edirəm və bu mövzunun bundan sonra da diqqət mərkəzində olacağına ümidvaram".
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL