• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Leyla Yunus üçün məqsəd məhbusların taleyi deyil, biznesdir" - RƏY

  • Nida.az
  • 24 Yanvar 2014 16:29
  • 444 Baxış
"Leyla Yunus üçün məqsəd məhbusların taleyi deyil, biznesdir" - RƏY

"Leyla Yunus bu mövzunu sadəcə istismar edir, bu onun yaşam tərzidir". Bunu Trend-ə Milli Məclisin üzvü Azay Quliyev Leyla Yunusun mətbuat konfransında Azərbaycanda siyasi məhbusların olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Quliyev qeyd edib ki, L.Yunusun bu açıqlamaları qərəzlidir və məqsədyönlü şəkildə bunu həyata keçirir: "Çünki onun üçün məqsəd məhbusların taleyi deyil, biznesdir və bu işi bir biznesə çevirib. Göstərin görüm, bu adam bir dənə başqa işlə məşğul olurmu? Bir qaçqının, məcburi köçkünün həqiqətən tapdanmış hüququnu qoruyurmu? Bu adam özünün əmlakı zərbə altında olanda, maraqları tam təmin olunmayanda əmlakla bağlı hüquqları pozulmuş insanların hüquqlarını müdafiə etməyə başladı, indi də vicdan məhbusları mövzusunu biznes marağına çevirib".

A.Quliyev vurğulayıb ki, bununla L.Yunus məhbusların özlərinə zərər vurur:"Hesab edirəm ki, bu gün heç bir məhbusun Leyla Yunusun müdafiəsinə ehtiyacı yoxdur. Lazım gələndə cənab Prezident onların ərizəsi əsasında onların işlərinə baxıb əfv etmək imkanına malikdir və dəfələrlə şahidi olmuşuq ki, dövlət başçısı humanistlik göstərərək, siyasi baxışından, dünyagörüşündən, platformasından asılı olmayaraq, hər kəsə eyni şəkildə yanaşaraq, onların əfv edilməsinə nail olub. İndi Leyla Yunus bundan istifadə edərək gündə özündən bir siyahı düzəldib atır ortalığa, cinayətinin ağırlığından asılı olmayaraq, hər bir şəxsi vicdan məhbusu elan edir. Nəyə görə belə etməsi bəllidir və buna görə də mən ona o qədər də əhəmiyyət verilməsinin tərəfdarı deyiləm".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR