“Mənə hücumlar ola bilər” - AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Mənə hücumlar ola bilər” - AÇIQLAMA

Mən əsl azərbaycanlıyam, qəlbim Qarabağla döyünür. Fikrim odur ki, dünya birliyi qətiyyən Qarabağ məsələsini həll etmək istəmir.

“Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş yoxdur”. Bunu Publika.Az-a açıqlamasında AvroNest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanov bildirib.

Onun sözlərinə görə, indiki halda dünya birliyindən hər hansı irəliləyişi gözləmək çox sadəlövlükdür: “Mən millət vəkili kimi yox, adi bir vətəndaş kimi öz fikrimi bildirmək istəyirəm. Siz jurnalistlər də bunu millət vəkili kimi yox, adi vətəndaş kimi qeyd edin. Çünki mənə hücumlar ola bilər. Sonra deyərlər ki, millət vəkili də dövlətin mövqeyini ifadə edir və sairə. Mən əsl azərbaycanlıyam, qəlbim Qarabağla döyünür. Fikrim odur ki, dünya birliyi qətiyyən Qarabağ məsələsini həll etmək istəmir. Onlar nəinki həll etmək istəmir, hətta Azərbaycanın tələblərini eşidəndə bizə qəzəblənirlər. Mən bunun dəfələrlə canlı şahidi olmuşam. Mən bütün bunları Avropa Şurasında, Avropa Parlamentində bir təmsilçi kimi müşahidə edirəm. Ona görə də Qarabağ problemində hər hansı müsbət nəticə gözləmirəm. Cənab prezident də özü hər şeyi yaxşı bilir. O çox şeylər bilir ki, onları mən bilməyə bilərəm. Mənim fikrim vətəndaş fikridir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm