Azərbaycan və Rusiya bir sıra sənədlər imzalayacaq
Bizi izləyin

Nida.az

Azərbaycan və Rusiya bir sıra sənədlər imzalayacaq

İyunun 23-24-də Qəbələdə keçiriləcək Azərbaycan-Rusiya V regionlararası forumda bir sıra sənədlər imzalanacaq. bu barədə şənbə günü Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda deyilir.

Forum çərçivəsində iki ölkənin işgüzar dairələrinin iştirakı ilə plenar iclasın, əməkdaşlığın müxtəlif istiqamətlərinə yönəlmiş "dəyirmi masa"ların keçiriləcəyi planlaşdırılıb.

Məlumatda deyilir ki, tədbirdə Azərbaycan və Rusiyanın dövlət strukturlarının, parlamentlərinin, icra hakimiyyətlərinin nümayəndələrinin və sahibkarları iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm