• USD 1,7002 0,00% EUR 2,0070 0,00%
    • GBP 2,2488 0,00% RUB 0,0285 0,00%

Gürcüstanda seçkilər: Azərbaycanlı namizədə qarşı ayrı-seçkilik

  • Nida.az
  • 15 İyun 2014 10:17
  • 581 Baxış
Gürcüstanda seçkilər: Azərbaycanlı namizədə qarşı ayrı-seçkilik

Bu gün Gürcüstanda bələdiyyə seçkilərinə start verilib.

Publika.Az-ın Gürcüstana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu gün yerli saatla 8:00-da səsvermə prosesi başlayıb. Seçicilərin sayında aktivlik hiss olunmur. Bir sıra məqamlar da diqqət çəkir. Belə ki, əhalinin sıx olduğu ərazilərdə bəzi şəxslər seçki kampaniyasını şifahi olaraq hələ də aparır.

Bununla yanaşı, namizədlərin plakatları da küçələrdə müşahidə olunur. Ən maraqlısı isə sabiq prezident Mixeil Saakaşvilinin vaxtilə sədri olduğu Vahid Milli Birlik Partiyasından Marneuli rayonu üzrə namizəd olan Əhməd İmamquliyevin plakatları cırılıb. Onunla yanaşı olan digər namizədlərin seçki plakatlarına isə toxunulmayıb. Bir sıra sakinlər iddia edirlər ki, bu iqtidar tərəfindən xüsusi olaraq təşkil edilir. Sakinlərin irəli sürdüyü iddialardan biri də iqtidarın daha çox “41”lərin gürcü əsilli namizədinin seçilməsində maraqlı olmasıdır.

Qeyd edək ki, Ə. İmamquliyev əhalinin rəyinə görə, azərbaycanlıların yaşadığı Marneulidə lider namizəddir. Hakim partiya isə sabiq prezident Saakaşvilinin partiyasından olan namizədin Marneulinin meri seçilməsində maraqlı deyil. Ə. İmamquliyevin məhkəmənin qərarı ilə yenidən bərpa eedilən qeydiyyatının ləğvi də buna əsaslar yaradır.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>