• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Hər seçki məntəqəsində bir gürcü: onlar nəyə nəzarət edir?

  • Nida.az
  • 15 İyun 2014 15:37
  • 597 Baxış
Hər seçki məntəqəsində bir gürcü: onlar nəyə nəzarət edir?

Bu gün Gürcüstanda keçirilən bələdiyyə seçkilərini izləyən Publika.Az-ın müxbiri maraqlı hadisələrin şahidi olub.

Belə ki, Marneulidə yerləşən seçki məntəqələrində seçicilər məntəqəyə avtobuslarla gətirilir. Avtobuslarsa namizədlərə məxsusdur. Onlar bununla seçiciləri özlərinə səs verməyə təşviq edirlər.

Gürcüstan iqtidarı isə bu seçkidə özünəməxsus forma seçib. Hər seçici məntəqəsinə gürcü əsilli bir nümayəndə təyin edib. Bu nümayəndə məntəqədə gedən proseslərə nəzarət edir. Yerli sakinlərin iddialarına görə, gürcü nümayəndələrin mərkəzi hakimiyyətin iradəsini yerinə yetirmək üçün burdadır.
86 nömrəli seçki məntəqəsinin sədri Rəfail Novruzov isə deyilənləri təkzib edir. Onun sözlərinə görə, hər şey xalqın iradəsinə uyğun həyata keçirilir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR