“Müdafiə Nazirliyi ehtiyatlı olmalıdır” - Ekspert cəhbədəki durumu şərh edir
Bizi izləyin

Nida.az

“Müdafiə Nazirliyi ehtiyatlı olmalıdır” - Ekspert cəhbədəki durumu şərh edir

Bundan dərhal düşmən və bizimkilərdən bəziləri Azərbaycan səfərbərlik edir deyə istifadə etdilər. Gərək belə məlumatlarla ehtiyatlı olasan. Müdafiə Nazirliyi ehtiyatlı olmalıdır”.


“Ölkə başçısı, Ali Baş Komandanı xaricdə səfərdədir, həmçinin, baş qərargah rəisi də xaricdədir. Belə bir vaxtda cəbhədəki gərginlik təxribat məqsədi daşıyır. Ermənilər Azərbaycan rəhbərinin ölkədə olmamasından istifadə etməyə çalışırlar”.

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov Publika.Az –a açıqlamasında cəbhədəki gərginliyi şərh edərkən deyib. Onun sözlərinə görə, ermənilərin atəşkəsi pozması bu gün Parisdə keçirilən xarici işlər nazirlərinin görüşünə bir rəng qatmaq xarakteri də daşıyır: “Guya vəziyyət nəzarətdən çıxa bilər görüntüsü yaratmaqla gələn ay prezidentləri masa arxasında məcbur oturtmaq üçün Rusiya, yaxud üçüncü bir qüvvə tərəfindən dövriyyə buraxılmış siyasi avantüradır. Azərbaycan tərəfi bu təxribata getməməlidir. Lakin görünən odur ki, bizdə də vəziyyəti olmayan formada təqdim edirlər. Ayın 19-dan 20-nə keçən gecə ermənilərin yaydıqları bir təxribat bütün dünyanı dolaşdı, hətta Minsk qrupunun həmsədrləri buna narahatlığını bildirdi. Düzdür, son günlər atışmalar artıb, amma bu o demək deyil ki, müharibədir. Cəbhə boyu hərbi təhyyarələrimizin uçuşu yanlış istiqamətdə yozulmamalıdır. Belə uçuşlar daima olur. Bununla yanaşı, nazirlik müddətdən artıq hərbi xidmət keçmək istəyənləri xidmətə dəvət etdiyini açıqladı.

Bundan dərhal düşmən və bizimkilərdən bəziləri Azərbaycan səfərbərlik edir deyə istifadə etdilər. Gərək belə məlumatlarla ehtiyatlı olasan. Müdafiə Nazirliyi ehtiyatlı olmalıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm