Prezidentlər bəyanat verdilər
Bizi izləyin

Nida.az

Prezidentlər bəyanat verdilər

Prezident İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyasın təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərin iştirakı ilə geniş tərkibdə görüş olub.

Prezident İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyasın təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərin iştirakı ilə geniş tərkibdə görüş olub.

Görüş başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıb.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Azərbaycan Respublikasının Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıb.

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıb.

Sənədlərin imzalanması mərasimindən sonra prezident İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm