• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Poqosyan, atan terrorçudur"- NATO-nun Rouz-Rout seminarında qalmaqal - Yenilənib

  • Nida.az
  • 17 İyun 2014 12:18
  • 1 061 Baxış
"Poqosyan, atan terrorçudur"- NATO-nun Rouz-Rout seminarında qalmaqal - Yenilənib

Bakıda keçirilən NATO Parlament Assambleyasının (NATO PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günü də qalmaqalsız ötüşməyib.

ANS PRESS-in məlumatına görə, hüquq müdafiəçisi Leyla Yunus seminara qatılan Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədova müraciət edib. O, bildirib ki, Azərbaycanda hər il 30 əsgər dünyasını dəyişir.

"Onlar erməni snayperlərinə görə dünyalarını dəyişmirlər. Orduda korrupsiya var.Ordu peşəkar olmalıdır. Polkovnik Səmədov Azərbaycanda peşəkar ordunun yaradılması ilə bağlı hansı işlərin görüldüyündən danışmalıdır", - deyə hüquq müdafiəçisi bildirib.

12:13

"Deputalar dünəndən Ermənistan nümayəndə heyəti təxribatla məşğul olur, Azərbaycana sataşırlar. Sual adı altında Azərbaycan əleyhinə danışırlar".

ANS PRESS-in məlumatına görə, bunu Bakıda NATO Parlament Assambleyasının (NATO PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə millət vəkili Ziyafət Əsgərov deyib.

O, orduda islahatların aparılmasının çox önəmli bir məsələ olduğunu deyib. Millət vəkili Ermənistanın NATO PA-dan çıxarılmalı olduğunu deyib. O, Ermənistanı işğalçı və terrorçu dövlət adlandırıb. "20 ildir ki, qaçqın və məcburi köçkünlərimiz evsiz eşiksiz qalıb. Hərbdə islahaltlar və silahlanma da olacaq”.

"Mən məruzəçilərə sual verirəm ki, işğal olunmuş torqaları nə vaxt qaytaracaqsınız. Siz Azərbaycanda 30-dan çox terror törətmisiniz. Terror Ermənistanın siyasətidir. Ermənistanın başında terrorçu Sarkisyan durur. Söhbət mənim ölkəmin taleyindən gedir".

O, qeyd edib ki, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır. "Sumqayıtda hadisəni torədən sovet "KQB"si idi. Poqosyan, sənin atan Azərbaycanda terror törədib. İnterpol tezliklə onu Azərbaycana verəcək".

Erməni nümayəndə heyətinin üzvi Poqosyan isə atası ilə fəxr etdiyini vurğulayıb. "Əvvəl bizə faşist, sonra terrorçu dedilər. Mən atamla fəxr edirəm və dövlətimi müdafiə edirəm”.

Qeyd edək ki, NATO Parlament Assambleyasının “Rose Roth” seminarı Bakıda iyunun 16-dan başlayıb. Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir. Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR