Millət vəkili NATO-nun tədbirində iştirakdan imtina etdi – QALMAQAL
Bizi izləyin

Nida.az

Millət vəkili NATO-nun tədbirində iştirakdan imtina etdi – QALMAQAL

Millət vəkili NATO-nun tədbirində iştirakdan imtina etdi - QALMAQAL

Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov Bakıda NATO Parlament Assambleyasının (NATO PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirdiyi 86-cı Rouz-Rout seminarında iştirakdan imtina edib.

Bu barədə Publika.az-a deputat E. Məmmədov özü məlumat verib.

Uzun illərdir ki, Ermənistanla müharibə vəziyyətində yaşadığımızı vurğulayan E.Məmmədov deyib ki, Ermənistan tərəfi cəbhədə tez-tez atəşkəsi pozur və xeyli sayda hərbçilərimiz şəhid olur: “Ermənilər torpaqlarımızı işğal edib, 1 milyondan çox insanımız qaçqın şəraitində yaşayır. Belə bir vəziyyətdə nə üçün hər hansı beynəlxalq təşkilatın himayəsi altında düşmən gəlib mənim ölkəmdə və paytaxtımda gəzməlidir? Ağlına gələni danışmalıdır? Nə üçün erməni burada özünü çox rahat aparmalıdır? Mən bütün bunların əleyhinə olduğum üçün də bu tədbirdə iştirak etməkdən imtina etdim”.

Erməni deputatların Bakıdakı çıxışına da toxunan E.Məmmədov bildirib ki, ermənilərə yaxşılıq etmək lazım deyil: “Bu ermənidir. Erməninin ağına da lənət, qarasına da. Bunun yaxşısı yoxdur. Kim ermənidən düzgün mövqe gözləyirsə, o yanılır. Bu, qeyri-mümkün olan məsələdir. Torpaqlarımızı işğaldan azad etmək üçün hər hansı beynəlxalq təşkilata ümüd etməyimiz əbəsdir. Bir Brayza var, o, səfir olanda da Azərbaycanın əleyhinə olub. Dünən də ağılına gələni danışıb ki, guya, hər iki tərəfdə etimad olmalıdır. Axı mənim torpağımı işğal etmiş düşmənə qarşı məndə nə etibar, nə etimad olmalıdır? Elə bizim torpaqlarımızı da bu təşkilatlar ermənilərə işğal etdiriblər. Bu gün də ermənilərə bunlar havadarlıq edirlər. Erməniləri qudurdan da bu beynəlxalq təşkilatlardır. NATO, ATƏT və digər təşkilatlar erməniləri qəsdən Azərbaycana gətirirlər ki, burada qalmaqal yaratsınlar”.

Xatırladaq ki, NATO Parlament Assambleyasının “Rose Roth” seminarı Bakıda iyunun 16-dan başlayıb.

Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir.

Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm