Surət Hüseynov Publika.az-ın xəbərinə reaksiya verdi
Bizi izləyin

Nida.az

Surət Hüseynov Publika.az-ın xəbərinə reaksiya verdi

Sabiq baş nazir, qiyamçı polkovnik Surət Hüseyov Publika.az-ın xəbərinə reaksiya verib.

S. Hüseynov moderator.az-a bildirib ki, o, Rusiyada yox, Türkiyədə yaşayır və heç bir diaspor təşkilatı yaratmaq fikrində deyil: “Rusiyada diaspor işi ilə orada yaşayanlar məşğul ola bilərlər. Mənim Rusiya ilə, ümumiyyətlə, heç vaxt bağlılığım olmayıb”.

Qeyd edək ki, Moskvadakı mənbədən Publika.az-a verilən məlumata görə, Surət Hüseynov bu ölkədə diaspor təşkilatı yaratmaq istiqamətində fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi 1990-cı illərdə Rusiyaya köç etmiş keçmiş döyüşçülər, müharibə iştirakçılarını bir araya gətirməkdir. Daha sonra eyni prosesin Azərbaycana keçirilməsi nəzərdə tutulur.

Xəbərlə bu linkdə ətraflı tanış ola bilərsiniz: http://publika.az/p/23849.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm