REAL partiyaya çevirmək qərarı verdi
Bizi izləyin

Nida.az

REAL partiyaya çevirmək qərarı verdi

Biz parlament tipli partiya qurmaq istəyirik. “Biz əvvəllər də bəyan etmişdik ki, hərəkat prezident seçkilərindən sonra partiyaya çevriləcək. Qurultay partiyanın ali orqanı olacaq və 60 nəfərdən ibarət Məclis seçiləcək

Respublikaçı Alternativ Hərəkatı (REAL) bu gün mətbuat konfransı keçirib. Publika.Az xəbər verir ki, hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli hərəkatın gələcək planları barədə məlumat verərək bildirib ki, hərəkatın prezident seçkilərindən sonra partiyaya çevriləcəyini əvvəlcədən bəyan etmişdilər.

Onun sözlərinə görə, REAL partiyaya çevrilməklə bağlı qərar qəbul edib: “Biz parlament tipli partiya qurmaq istəyirik. “Biz əvvəllər də bəyan etmişdik ki, hərəkat prezident seçkilərindən sonra partiyaya çevriləcək. Qurultay partiyanın ali orqanı olacaq və 60 nəfərdən ibarət Məclis seçiləcək. Partiyanın təşəbbüs qrupu elan olunandan sonra ilk iclas fevralda baş tutacaq. Qurultaya qədər təşkilat komitəsi bütün lazımi məsələləri həll edəcək. Ona qədər də REAL hərəkat olaraq fəaliyyətini davam etdirəcək”.

N. Cəfərli qeyd edib ki, partiya 2015-ci il parlament seçkilərinə qatılacaq və 125 dairə üzrə namizədini irəli sürəcək.Partiyanın ilkin adı Respublikaçı Alternativ Partiyasıdır. Lakin sonradan yeni adlar üzərində dayanmaq da istisna deyil.

REAL İdarə Heyətinin üzvü Erkin Qədirli isə proqram tezislərini açıqlayıb. Onun sözlərinə görə, -proqram 4 hissədən ibarətdir: “Birinci bölmə “Real Cümhuriyyət”, ikinci “Real güvən”, üçüncü, “Real insan”, dördüncü bölmə isə “Real tərəqqi”dir. Parlament seçkilərinə qatılacağıq və əgər qazansaq, qarşıdakı 5 il ərzində ölkədə parlamentli respublikaya keçidi təmin edəcəyik. Prezidenti parlament seçəcək, deputatlarıpn sayı 200-ə qədər olacaq ki, bunların da 100ü proporsional, 100-ü isə majoritar formada seçiləcək”.
E. Qədirli diqqət çəkən bir sıra məqamlardan da danışıb. Bildirib ki, onlar hakimiyyətə gələcəkləri təqdirdə seçicilərin seçkiyə gəlib səs verməsini məcburi edəcəklər: “Əks təqdirdə cərimələnəcəklər. Müdafiə naziri mülki şəxs olacaq”.

E. Qədirli bir sıra görəcəkləri işlərdən də danışıb. O, parlament seçkilərinə hansı formada gedəcəklərini də açıqlayıb."Seçkidə heç bir partiya ilə blok olaraq iştirak etməyəcəklər. Ola bilsin ki, müəyyən dairələrdə güzəştlər edilsin. Hökumətlə də hər zaman dialoqa hazırıq. Lakin bu, “müəyyən yer ayırın” formasında olmayacaq”-deyə o vurğulayıb.

Konfransa hazırda həbsdə olan “REAL” sədri İlqar Məmmədov da telefonla qoşulub. İlqar Məmmədov tədbir iştirakçıları salamlayaraq hər kəsə tədbirə qatıldığına görə təşəkkür etdi. O, partiyanın təsis qurultayına qatıla biləcəyinə ümidli olduğunu bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm