Deputat siyasi partiyaları və QHT-ləri ermənilərlə işbirliyində günahlandırdı
Bizi izləyin

Nida.az

Deputat siyasi partiyaları və QHT-ləri ermənilərlə işbirliyində günahlandırdı

Baxın ,Ukrayanaya, məgər orada insan haqları tapdalanmır? Ancaq Ukrayna ən demokratik ölkə hesab olunurdu.

“Azərbaycanda bir neçə siyasi partiya və QHT-lər gecə-gündüz ölkəmizin adına mənfi imic formalaşdıran fəaliyyətlə məşğuldur”. Bunu Publika.Az-a açıqlamasında AvroNest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanov bildirib.

Onun sözlərinə görə, əgər biz Qarabağın qayıtmasını istəyiriksə, o zaman ölkənin adına bu cür mənfi imiclər gətirilməsinə imkan verməməliyik: “Biz eyni zamanda bədbəxt millətik. Çünki biz yaxşı işləyənləri və millət üçün çalışanları ancaq ləkələmlə məşğul oluruq. Misal üçün, artıq bir il vaxt keçib və məruzəçisi Ştrasserin siyasi məhbus səyləri Almaniyada iflasa uğrayıb, Azərbaycanda siyasi məhbus məsələsi bağlanıb, ancaq Azərbaycanda fəaliyyət göstərən bir neçə QHT-lər xarici təşkilatlardan qrantlar almaq üçün yenidən siyasi məhbus məsələsini gündəmə gətirərək Azərbaycanın adına mənfi imic formalaşdırırlar. Həmin QHT-lər ermənilərə xidmət edir, onlar xarici təşkilatların sifarişlərini icra edirlər. Onlar ona görə bunu edir ki, Azərbaycanda ermənilərə yaşamağa imkan verilmir. Çünki Azərbaycanda ermənilərə daha etibar etmək olmaz. Hər bir ölkədə problemlər var. Baxın, Ukrayanaya, məgər orada insan haqları tapdalanmır? Ancaq Ukrayna ən demokratik ölkə hesab olunurdu. Ancaq indi Ukraynada qan tökülür, ölkədə sabitlik pozulub. Buradan bir daha bəlli olur ki, bu demokratiya quruculuğu deyil, bu, maraqların toqquşmasıdır.

İndi Azərbaycanın həm xarici düşmənləri, həm də daxildə maraqlı olan bəzi qüvvələr Ukraynada baş verən hadisələri Azərbaycana gətirmək istəyir. Bu heç kəsə də gizli və sirr deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm