Azərbaycanlı namizəd: “Gürcüstanda seçkilər saxtalaşdırıldı” – Video
Bizi izləyin

Nida.az

Azərbaycanlı namizəd: “Gürcüstanda seçkilər saxtalaşdırıldı” – Video

Azərbaycanlı namizəd: “Gürcüstanda seçkilər saxtalaşdırıldı” – Video

“Bələdiyyə seçkilərində 70 faiz məntəqədə saxtalaşdırılma oldu. Əsas nəticələrə görə isə biz Marneulidə qalib gəldik”.

Bu barədə Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının Marneuli rayonu üzrə azərbaycanlı namizədi Əhməd İmamquliyev Publika.az-a açıqlamasında “Gürcü arzusu” koalisiyasının namizədi Merab Topçıvaşvilinin qalib gəlməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, seçkilərdə iştirak edən seçicilərin sayı 30 faiz idi: “Amma sənəddə 50 faiz artırdılar. Halbuki Marneuli şəhərinin özündə, eləcə də kəndlərdəki məntəqələrdə biz qalib gəlmişik. Seçkini udmaq üçün saxtakarlıq edən hakimiyyət xalqa da hədə-qorxu gəldi. Marneuli icra hakimiyyətinin nümayəndələri ev-ev gəzib camaatı qorxudurdular. Mənim 2500 bülletenimi yararsız hesab edərək hesablamadılar. İqtidar bir həftə ərzində xalqı aldatdı. Əvvəl dedi ki, namizədimi geri çəkirəm, seçki günü Merab Topçıvaşvili məntəqələri gəzəndə isə dedilər ki, mərkəzi hakimiyyətin xəbəri yoxdur. Sonra da elan etdilər ki, Marneuli əhalisi öz seçimini Merab Topçıvaşvili ilə etdilər. Amma xalq nə onu istəyirdi, nə də seçkinin saxtalaşdırılmasını”.

Ə. İmamquliyev qeyd edib ki, onlar xalqın küçələrə çıxmasını istəmirlər.

“Biz qanun çərçivəsində mübarizəmizi davam etdirəcəyik. Seçkinin nəticələri ləğv edilməli, ikinci tur keçirilməlidir. Bununla bağlı iqtidara müraciət etmişik. Bildirmişik ki, əgər ikinci tur keçirilməsə Gürcüstanda demokratiyanın olmasından danışmaq absurddur. Əlimizdə seçkinin saxtalaşdırılması ilə bağlı faktlar var”, – deyə azərbaycanlı namizəd bildirib.

Qeyd edək ki, seçkidən öncə Marneuli rayonunda aparılan rəy sorğusunda Ə. İmamquliyev səslərin 80 faizindən çoxunu qazanmışdı.

Soydaşımızın seçkinin saxtalaşdırılması ilə bağlı Publika.az-a göndərdiyi video kadrları təqdim edirik.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm