“Moskva Dağlıq Qarabağı Azərbaycana verə bilər” – ermənilər narahatdır
Bizi izləyin

Nida.az

“Moskva Dağlıq Qarabağı Azərbaycana verə bilər” – ermənilər narahatdır

“Moskva Dağlıq Qarabağı Azərbaycana verə bilər” – ermənilər narahatdır

“Rusiya Ermənistanın maraqlarına qarşı hərəkət edə bilər. Bunun xüsusi olaraq Dağlıq Qarabağ münaqişəsində müşahidə edilməsi mümkündür”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Qloballaşma və Regional Tədqiqatlar Mərkəzinin başçısı, politoloq Stepan Qriqoryan keçirdiyi mətbuat konfransında deyib.

Erməni politoloq Moskvanın İrəvanın maraqlarına zidd addımlarını hazırkı proseslərin davamı olaraq tamamilə real hesab edir.

S.Qriqoryan vurğulayıb ki, SSRİ analoqunun reallaşdırılması üçün Rusiyaya Ukrayna və Azərbaycan lazımdır: “Hazırda Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzvlüyə kifayət qədər sərt şəkildə qarşı çıxır. Amma vəziyyət dəyişə bilər. Məsələn, Bakı Avrasiya İqtisadi İttifaqına üzvlüyün əvəzində Qarabağ münaqişəsinin öz xeyrinə həllini tələb edə bilər. Rusiyanın da buna razılığa verməsi və Bakının tələbini reallaşdırmağa başlaması tamamilə mümkündür”.

Onun sözlərinə görə, Ermənistan belə bir təhlükə ilə qarşılaşmaması üçün Avropa Birliyi və NATO ilə əməkdaşlığı davam etdirməlidir: “Ermənistanın alternativlərin mövcudluğunu nümayiş etdirməsi yaranmış şəraitdə fövqəladə əhəmiyyətlidir. Əgər bütün “paketi” bir ələ versək, o halda Ermənistan üçün neqativ ssenarilərin reallaşdırılması ehtimalı əhəmiyyətli dərəcədə artacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm