• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Bakıya erməni kəşfiyyatçıları gəlib” – YAP rəsmisindən ŞOK AÇIQLAMA

  • Nida.az
  • 17 İyun 2014 19:00
  • 1 646 Baxış
“Bakıya erməni kəşfiyyatçıları gəlib” – YAP rəsmisindən ŞOK AÇIQLAMA

Xəbər verildiyi kimi, iyunun 16-da Bakıda NATO Parlament Assambleyasının “Rose Roth” seminarı işə başlayıb.Tədbirdə iştirak edən Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir.

Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.

Bu gün NATO Parlament Assambleyasının "Cənubi Qafqaz: Çağırışlar və İmkanlar” adlı 86-cı "Rose-Roth” adlı seminarında Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov və seminarda iştirak edən erməni deputat Tevan Poqosyan arasında mübahisə düşüb. Sözügedən məsələyə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da münasibət bildirib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, erməni deputatların Azərbaycana səfəri təxribat xarakteri daşıyır:

“Onların əsl məqsədi Azərbaycanda təxribat yaratmaqdır. Bu yaxınlarda Bakıda ATƏT Parlament Assambleyasının da tədbiri olacaq. Həmin tədbirə də Ermənistandan 5 nəfər nümayəndənin gəlməsi gözlənilir. İndi bu erməni deputatları da Bakıya kəşfiyyat üçün göndəriblər ki, həmin böyük tədbirin keçirilməsinə kölgə salsınlar”.

S.Novruzov qeyd edib ki, Bakıya gələn ermənilər 3 nəfər deyil, onların sayı 4 nəfərdir: “Leyla Yunus da ermənilərin sırasındadır. Çünki Leyla Yunus hərəkətləri ilə həmin ermənilərdən heç fərqlənmirdi. Leyla Yunusa NATO tərəfindən ilk gündən xəbərdarlıq olunsa da, ancaq o, buna məhəl qoymadı. Tədbirə gəlib, dəhlizdə qaraçılıq edirdi. O da ermənilər kimi istəyirdi ki, kimsə onun qolundan tutsun və Leyla Yunus da dərhal bəyanat versin ki, NATO-nun tədbirində onu saxladılar və sairə. Leyla Yunus o tədbirə gələn kimi də ermənilərin yanında oturmuşdu. O hər çıxışında da “bizim Ermənistan” deyirdi”.

Müxtəlif beynəlxalq tədbirlərdə ermənilərlə bir yerə düşdüklərini xatırladan S.Novruzov deyib: “Ermənilər Bakıdan savayı heç bir ölkədə çıxışlar etmirlər. Ümumiyyətlə, iclaslara gəlmirlər. Ancaq ermənilərin Bakıda keçirilən NATO-nun tədbirində iştirak etmələri və bu cür çıxışları sırf məqsədli şəkildə azərbaycanlıları qıcıqlandırmaq üçün atılan addımdır. Ermənilər düşünürdülər ki, onlara qarşı hər hansı təxribat olacaq və sairə. Ancaq onlar çox səhv düşünür. Ermənilər yalan məlumatları söyləməklə özlərini biabır edirlər. Çünki biz əsl faktları ortaya qoymaqla erməniləri ifşa edirik.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət müəllim (red: Ziyafət Əsgərov) tərəfindən də dəfələrlə ermənilərə layiqli cavab verildi, ermənilərin işğalçı, terrorçu və təxribatçı olmaları bəyan edildi. Ziyafət müəllimin bu çıxışı da çox yaxşı idi”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR